Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hollivudun məşhur aktyoru Əhmədiyyə Cəbrayılovla bağlı bədii filmə çəkiləcək – Foto

Hollivudun məşhur aktyoru, döyüş filmlərinin “ulduzu” Mark Dakaskos Azərbaycan xalqının qəhrəman oğlu, ikinci dünya müharibəsində Fransa Müqavimət Hərəkatında döyüşmüş Əhmədiyyə Cəbrayılov haqqında çəkiləcək bədii filmdə oynamağa razılıq verib

PİA.az media.az-a istinadən bildirir ki, bu barədə filmi çəkməyə hazırlaşan Rusiyanın “Mac Entertainment Consulting and Recruiting” şirkətinin produseri Aleks Karim açıqlama verib: ““Generalların önündə” filminin ssenarisi ilə Hollivudda maraqlanıblar. Biz artıq Mark Dakqaskosun agenti İbrahim Xarayevlə saziş imzalamışıq”.

Xatırladaq ki, bir müddət öncə “Mac Entertainment Consulting and Recruiting” şirkətinin Əhmədiyyə Cəbrayılovla bağlı film çəkməyə hazırlaşdığı xəbəri yayılıb. Fransanın arxiv sənədləri əsasında çəkiləcək bu ekran əsəri Ə.Cəbrayılovun Fransa Müqavimət Hərəkatında keçdiyi döyüş yolundan bəhs edəcək. A.Karimin sözlərinə görə, Mark Dakaskosun prosesə cəlb edilməsi filmə marağı daha da artıracaq.

Mark Dakaskos dünya şöhrətli aktyordur. Bu ilin may ayında onun Kian Rivz və Holli Berri ilə birgə rol aldığı “Con Uik-3” filmi dünya premyerası olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar