Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb Universitetinin bioloji kimya kafedrasında bazar açılıb?

Kafedra müdiri Arif Əfəndiyevlə rektor köməkçisi Rəna Süleymanova Gəray Gəraybəyliyə arxalanaraq heç bir şikayəti dinləmirlər

Azərbaycan Tibb Univrsitetinin bir qrup tələbəsinin AzToday.az-a göndərdikləri məlumatda iddia edilir ki, bioloji kimya kafedrasında sözün əsl mənasında açıq bazar yaradılıb.

Adlarının açıqlanmasını istəməyən tələbələr qeyd edirlər ki, istənilən vaxt bioloji kimya kafedrasının qarşısına gəlsəniz burda tələbə izdihamının şahidi olacaqsınız. Məlumatda bildiirlir ki, universitetdə təhsil alan yerli və xarici tələbələrin əksəriyyəti kafedrada rüşvət verməklə ballarını artırırlar.

Tələbələrin sözlərinə görə, qabaqlar bir bal üçün 10 manat alırdılarsa indi bu rəqəm artırılaraq 15 manata çıxarılıb:

“Tibb Universitetində baş veən bu biabırçılıqdan rektor Gəray Gəraybəylinin xəbərinin olmaması isə müəmmalıdır. Çünki bizdən alınan pullara nəzarəti rektorun texniki məsələlər üzrə köməkçisi Rəna Süleymanova edir. Rəna xanımın digər köməkçisi isə isə Həmid Quliyev adlı müəllimdir. Azərbaycan Tibb Universitetində Arif Əfəndiyevlə Rəna Süleymanovanın tələbələrdən aldıqları rüşvəti hər kəsin bildiyi halda rektor Gəray Gəraybəylinin bilməməsi isə heç də inandırıcı görünmür”.

Tələbələr qeyd edirlər ki, bir vaxtlar xarici tələbələrə az da olsa güzəştlər edilirdisə indi bütün güzəştlər aradan qalxıb və indi sadəcə bir deviz var: “oxumursansa pulunu ver balını artır”.

Tibb Universitetindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar