Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın gözü yenidən Soçidə - Təhlil

Putin, Ərdoğan və Ruhani yenidən bir arada...

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 12 fevral 2019-cu il

Cümə axşamı Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Rusiya Prezidenti Vladimir Putinin və İran Prezidenti Həsən Ruhaninin bir araya gələcəyi, nəticələrini dünyanın maraqla gözlədiyi IV üçlü zirvə görüşü keçiriləcək.

ABŞ-ın bütün milli təhlükəsizlik icmasının bu sammitin nəticələrini gözlədiyini söyləyə bilərik. Vaşinqton bu sammitdən çıxacaq nəticələrə görə Suriya ilə bağlı öz mövqeyinə yenidən baxacaq.

Vaşinqtonun ən çox maraqlandığı məsələ bu zirvə görüşündə Prezident Ərdoğanın necə mövqe tutacağı, Fəratın şərqi və İdlib məsələlərilə bağlı xüsusilə Putinlə necə bir prosesə girəcəyidir.

Vaşinqton Ərdoğana baxır

Buradakı xəbər mənbələri ABŞ tərəfinin bu məsələlərlə əlaqədar tutduğu mövqeyin də üçlü zirvə görüşündən çıxacaq nəticələrə əsasən yenidən dəyərləndiriləcəyini söyləyirlər.

ABŞ-ın milli təhlükəsizlik icmasından olan mənbələr sammitdən Fərat çayının şərqi ilə bağlı sürpriz yeni hadisə gözləmirlər. Bu məsələ ilə əlaqədar bütün tərəflərin öz mövqelərini olduqca aydın şəkildə ortaya qoyduqlarını və doğrusu, Vaşinqtonla Moskvanın bu bölgə haqqında çoxdan prinsipial anlaşma əldə etdiklərini bildirirlər.

Onlara görə, bu üçlü zirvə görüşündə Rusiyaİranın əsas məqsədi Türkiyənin, özünün də açıqladığı kimi, Suriya ilə olan aşağı səviyyəli təmaslarını daha da gücləndirməyin yollarını axtarmaq olacaq.

İdlib məsələsi

Vaşinqton, üçlü zirvə görüşündə Rusiya ilə Türkiyə arasında daha çox İdlib məsələsilə bağlı anlaşılmazlıq çıxa biləcəyini və əgər bu baş verərsə, ABŞ-ın bu durumu öz xeyrinə istifadə edə biləcəyini düşünür.

ABŞ qaynaqlarına görə, İdlibdə “Heyət Tahrir əş-Şam” (HTŞ) nəzarət altına alına bilmir və zirvə görüşündə Rusiyanın bu mövzuda Türkiyəyə təzyiq etməsi gözlənilir. Həm Rusiya, həm də İran Türkiyənin bu məsələ ilə bağlı Suriya ilə görüşlər keçirməsinin mümkün olub-olmaması ehtimalını öyrənməyə çalışacaq.

Məhz bu səbəblə, Vaşinqton zirvə görüşündə ən çox Prezident Ərdoğanın necə mövqe tutacağı ilə maraqlanır. Çünki rəsmi Vaşinqtona görə, bəzi proseslərdə yaranmağa başlayan “keçməməzlik”lərin ortadan qaldırılması, sadəcə, Türkiyənin tutacağı mövqedən asılıdır.

Beləliklə, cümə axşamı qlobal miqyasda milli təhlükəsizlik sistemlərinin gözü Soçiyə və Prezident Ərdoğanın deyəcəklərinə dikilmiş olacaq.

Tərcümə: strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar