Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suraxanıda Səfərbərlik Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub

Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 7-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, ictimaiyyətin nümayəndələri və rayon ziyalıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdi.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 7-ci ildönümü münasibəti ilə təbrik edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Hərbi Komissarlığı ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır.

Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Bizim qarşımızda duran əsas məsələ Müstəqil Respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Hər şey Vətənin müdafiəsindən başlayır.

Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımız üçün müqəddəs bir vəzifədir. Vətənini sevən hər bir Azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır. Azərbaycan gəncliyinin tərkib hissəsi olan rayonumuzun gəncləri də həmişə ölkəmizdə gedən proseslərin içərisində olmuş və Vətənə sədaqətli olduqlarını nümayiş etdirmişlər.

Qarabağ müharibəsində Suraxanı rayonundan torpaqlarımınızın müdafiəsi zamanı 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olmuşdur.

2016-cı il aprelində Milli Ordumuzun əsgər və zabitləri erməni təxribatına tutarlı cavab verməklə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq etdi. Ordumuzun əks həmləsi nəticəsində qısa müddət ərzində ciddi tələfat verən erməni hərbi birləşmələri geri çəkildilər.

Bu qəhrəman oğullarımızın hamısının Milli ordumuza yolu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən başlamışdır.

Ötən 7 il ərzində Suraxanı Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eyni zamanda Xidmətin Suraxanı rayon İdarəsi ilə işgüzar münasibətlər qurulmuşdur.

İldə 4 dəfə “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrası birgə təmin edilir.

Təntənəli şəkildə çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına və həqiqi hərbi xidmətdən tərxis olunanların qarşılanmasına həsr olunmuş tədbirlərin keçirilməsi rayonda ənənə şəklini almışdır.

Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin rəisi Vüsal Həsənov, rayon Prokuroru Rəhim Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov çıxış etdilər.

Tədbirin sonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin bir qrup əməkdaşı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

pia.az


Etiket: Suraxanı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar