Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın təhlükəsizliyinin və özünün dağılma qorxusu - Bu nə qədər realdır?

Politoloq: “Bu gün Fransa ilə İtaliya arasında baş verən böhran heç də İtaliyanın Fransanın daxili işlərinə qarışması məsələsi deyil. Bu böhran gələcək Avropa Parlamentində seçkilərlə bağlı mübarizədir”

Avropanın təhlükəsizliyi üşün də artıq ciddi qorxu yaranıb. Bu qorxu 20-ci əsrdə formalaşan Avropa Təhlükəsizlik sisteminin çöküşü ilə bağlıdır. Həm ABŞ-ın son illər yürütdüyü siyasət, həm Rusiyanın silahlanmaya daha çox meyl eləməsi və Avropada radikalizmin inkişafı demokratiyanın beşiyi olan “köhnə dünya”nın təhlükəsizlik sistemini dağıdır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova son dövrlərdə Avropada baş verən hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Son aylar, xüsusən Fransada “sarı jiletlilər” hərəkatı başlayandan sonra Avropa Birliyinin aparıcı ölkələri arasında ciddi çatlar əmələ gəlib. Xüsusən İtaliyanın “sarı jiletlilər” hərəkatını açıq şəkildə dəstəkləməsi, həmçinin İtaliyanın solçu hökümətinin Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarının qaldırılması təkilifi ilə çıxış etməsi və İtaliyada separatçı Donetsk Xalq Respublikasının iki nümayəndəliyinin açılması Avropa İttifaqının yekdil siyasi kursunu təhlükə altına alıb. Eyni zamanda Fransa da, Serbiyada, Macarıstanda, İspaniya və İtaliyanın üzündə hökümətə qarşı etirazlar getdikcə böyüyür. Avropa İttifaqının daxilində fikir ayrılıqları da artıq daha çox özünü biruzə verir. Merkeldən sonrakı Almaniyanın siyasi kursunu hansı istiqamətə yönələcəyi isə hələ ki, naməlumdur və Almaniyada da radikalların güclənməsi istisna olunmur.

Başqa bir aktual məsələ isə Avropa Parlamentinə yaxın aylarda keçirilməsi gözlənilən seçkilərdir. Bu seçkilərdə sağ və sol radikalların Avropa Parlamentində daha güclü təmsil olunması istisna olunmur. Bu da təbii ki, Avropanın həm sağ, həm də sol radikallarını müdafiə edən Rusiyanın Avropada əl=qolunun daha çox açılmasına səbəb olacaq.

Digər tərəfdən isə ABŞ-ın və Rusiyanın “Yaxın və Orta Mənzilli Raket Sazişi”ndən çıxmaları Avropanı yeni təhlükə ilə üz-üzə qoymaqdadır. Yeni silahlanma yarışı Avropanın təhlükəsizliyi üşün yeni problemlər yaradır və artıq Şərqi Avropa ölkələri narahatlıqlarını gizlətmir və Polşa başda olmaqla bəzi Şərqi Avropa dğzvlətləri yeni ABŞ hərbi bazalarının öz ölkələrində yerləşdirilməsi üşündanışıqlara başlayıblar. Bu isə Rusiyanı qıcıqlandıran və mOskvanın aqressiyasını artıqran əsas faktor olaraq ortaya çıxır. Ümumilikdə isə Avropanın təhlükəsizliyinin yeni doktrinasının hazırlanması və yeni siyasi düzənin formalaşdırılması artıq qaşınılmaz kimi görünür.

Avropa İttifaqının gələcəyini və təhlükəsizlik problemlərini PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Əgər Avropada radikallar birləşsələr və Avropa Parlamentində üstünlük qazansalar, bu Avropanın sonu olacaq”.

May ayında Avropa Parlamentində ultra sağ radikalların qalib gəlmə ehtimalının az olduğunu bildirən politoloq Nəzakət Məmmədova PİA.az-a açıqlamasında onu da vurğulayıb ki, Avropa Parlametində radikal sağçıların kifayət qədər yer tutma ehtimalını da istisna etmək olmaz. Bu halda politoloqun fikrincə mərkəz partiyaların bu günə qədər yürütdükləri siyasi kursa maneelər ortaya çıxacaq və bütövlükdə Avropa da qarşıdurma daha da arta bilər:

“Hazırda 1940-ci ildən bəri Fransa ilə İtaliya arasında ən böyük siyasi, diplomatik böhran baş verməkdədir. Yəni bu iki ölkə arasında ən böyük diplomatik münasibətlərin bu səviyəyyə endirilməsi və sfirin geri çağrılması 1940-cı ildə olmuşdu. Nə vaxt ki, İtaliya faşistləri Fransaya qarşı müharibə elan etmişdilər və ikinci dünya müharibəsi artıq başlamışdır. Müharibədən sonrakı dövrdə ilk dəfədir ki, Fransa və İtaliya arasında diplomatik böhran baş verdi.

Bunun da səbəbi odur ki, İtaliya höküməti Makronun başçılıq etdiyi Fransa hökümətini yox, radikal və dağıdıcı, eyni zamanda lidersiz olan müxalif hərəkat sayılan “sarı jiletli”ləri dəstəkləməsidir. Bu ona bənzəyir ki, İtaliya ötən əsrin əvvələrində olduğu kimi yenidən faşizmi müdafiə etmək yoluna qədəm qoyur. Hətta vəziyyət o səviyyədədir ki, İtaliya hökümətinin rəhbərləri “sarı jiletli”lərin nümayəndələri ilə də görüşürlər. Həmçinin Fransa iddia edir ki, “sarı jiletli”lər və İtaliya höküməti Avropanın gələcəyinə dair birgə siyasi planlar qurublar. Fransa da, buna etiraz olaraq Romadakı səfirini məsləhətləşmək adı altında geri çağırmaq qərarına gəldi.

Bu hadisənin özü də Avropada getdikcə artan parçalanmaq təhlükəsini bir az da artırır. Avropa dövlətləri arasında parçalanma riski də getdikcə güclənməkdədir. Hal-hazırda İtaliyada “Şimal Liqası” və “5 ulduz” hərəkatı hökümətdə təmsil olunurlar. “Şimal liqası”, hansı ki, onlar “sarı jiletli”lərə görüşürlər, onlar ultrasağçı bir hərəkatdır. “Şimal liqası” ultrasağçı, “sarı jiletli”lər də radikal hərəkat olduğuna görə, bu iki hərəkat arasında bir növ ideya bağlantısı var. Ötən seçkilərdə Fransada prezidentliyə namizəd Marin Le Pen də ultrasağçı idi. Amma Fransada hakimiyyətə Avropa Birliyinin möhkəmlənməsi tərəfdarı olan Makron gəldi. İndi isə vəziyyət radikal şəkildə dəyişir. Artıq növbəti seçkidə Mari Le Penin hakimiyyətə gəlməsi istisna olunmur.

Nəzakət Məmmədova: “Görünən budur ki, Avropdada ultra radikallarla, mərkəzçi Avropa inteqrasiyası tərəfdarları arasında çox böyük mübarizə gedəcək və Avropa demokratiyasının böyük sınağı olacaq”.

Onu da qeyd edim ki, İtaliya hökümətində təmsil olunan “Şimal Liqası” radikal solçu hərəkatdır və “sarı jiletli”lər də radikal hərəkatdır. Buna görə bunlar gələcək Avropa seçkilərində radikalların təmsilçiləri kimi öz siyasi fəaliyyətlərini birləşdirmək barədə razılığa gəliblər. Bu da radikalların Avropada hakimiyyətə gəlmə şanslarını çox artırır. Makron höküməti və Avropadakı digər qüvvələr bundan çox narahatdırlar. Buna görə də hazırda İtaliya hökümətinə qarşı xalq etirazının təşkili Fransa və digər aparıcı Azvropa dşvlətlərinin maraq çərçivəsindədir. Təkcə onu demək kifayətdir ki, ötən həftə İtaliya Həmkərlar İttifaqının çağrışı iıə yüz minlərlə insan küçələrə çıxaraq İtaliya hökümətinə etiraz etdi..

Onsuz da Fransa ilə İtaliya arasında olan münasibət gərgin idi. İtaliya hökümətinin də Fransaya müxalif olan “sarı jiletli”lər hərəkatının lideri ilə görüşməsi Fransanın səbr kasasını daşdırdı. Həmçinin Fransa ilə İtaliya arasında bir çox məsələlərdə də fikir ayrılığı var idi. Məsələn hər iki ölkə arasında iqtisadi rəqabət var. Çünki hər iki ölkə Avropada inkişaf etmiş ölkələr sırasındadırlar. Digər tərəfdən Fransa miqrant məsələsinə daha eqoist yanaşır. Bu məsələ də İtaliya ilə Fransa arasında fikir ayrılığı yaradır.

Nəzakət Məmmədova: “İtaliya ilə Fransa arasında geosiyasi maraqların toqquşması var. Bir növ İtaliya Liviyanın heyfin almaq üçün Fransada “sarı jiletli”lər hərəkatını dəstəkləyir”.

Son illərdə müşahidə edirik ki, Fransa Afrikada güclənməyə başlayıb. Məsələn Liviyada Qəddafinin devrilməsi, öldürülməsi Fransa hakimiyyətinin əli ilə olmuşdu. Halbuki Liviya İtaliyanın müstəmləkəsi olub. Belə bir yazılmamış qanun da var ki, hansı müstəmləkə hansı dövlətin nəzarətində olubsa, orada həmin dövlət söz sahibdir. Amma Fransa bu qaydanı pozdu. Yəni Fransa İtaliyanın müstəmləkəsi olmuş Liviyaya müdaxilə etdi. Fransa İtaliyanın Liviyada olan mövqeyinə müdaxilə etdilər və demək olar ki, İtaliyanı sıxışdırıb oradan çıxardılar. Bu da İtaliyanın xoşuna gəlmədi. Üstəgəl Fransa bununla yetinmir və Liviyada hakimiyyət məsələlərinə də müdaxilə etməyə başlayıb.

Göründüyü kimi İtaliya ilə Fransa arasında geosiyasi maraqların çarpışması da var. Bir növ İtaliya Liviya heyfin almaq üçün Fransada “sarı jiletli”lər hərəkatını dəstəkləyir.

Onu da qeyd edim ki, may ayında Avropa Parlamentinə seçkilər olmalıdır. Bu seçkilərdə radikallarla, ultrasağçılarla, Avropa inteqrasiyası tərəfdarları arasında gərgin mübarizə gözlənilir. Bildiyimiz kimi Avropa inteqrasiyası tərəfdarlarının başında mərkəzçi Makron dayanır. Ultrasağçılar isə öz mövqeyi var.

“Sarı jiletli”lərdə radikal qüvvələr olduğuna görə Avropada bir çox siyasi qüvvələrə “sarı jiletli”lər hərəkatı sərf edir. Fransa ərazisində İtaliyanın daxili işlər naziri və ultrasağ hərəkatının rəhbəri Salvini “sarı jiletli”lər hərəkatının rəhbəri ilə görüşüb. Bu görüşdə onlar Avropa Parlamentinə seçkilər ərəfəsində birlikdə çıxış etmək barədə razılığa gəliblər. Mokronu da bu məsələ narahat edir. Görünən budur ki, Avropdada ultra radikallarla, mərkəzçi Avropa inteqrasiyası tərəfdarları arasında çox böyük mübarizə gedəcək və Avropa demokratiyaının böyük sınağı olacaq.

Nəzakət Məmmədova: “Hal-hazırda Avropanın parçalanmasın istəyən qüvvələr və Avropanın bütövlüyün istəyən qüvvələr arasında mübarizə gedir”.

Rusiya Avropada radikalların güclənməsi tərəfdarıdır. Çünki vahid Avropa Rusiyaya sərf etmir. Buna görə də Rusiya Avropadakı radikal qüvvələri dəstəkləyir ki, onlar Avropa İttifaqının təməllərini dağıtsınlar. Hal-hazırda Avropanın parçalanmasın istəyən qüvvələr və Avropanın bütövlüyün istəyən qüvvələr arasında mübarizə gedir. Təbii ki, bu prosesdə ABŞ-ın da, Rusiyanın da, kənar qüvvələrin də rolu var.

Əgər Avropada radikallar birləşsələr və Avropa Parlamentində üstünlük qazansalar bu zaman Avropanın sonu olacaq. Bu proses Avropa dəyərlərinin məhv olması ilə nəticələnə bilər. Çünki Avropa öz dəyərlərinə, hümanizmə, insan hüquqlarına görə Avropadır. Bir daha qeyd edim ki, əgər sağçılar Avropa Parlamentində üstünlük qazansalar bu zaman Avropanın imici itəcək. Yəni Avropa bu günkü Avropa olmaya bilər. Radikalların parlametdə üstünlük qazanması nə Avropaya, nə də dünyaya yaxşı heç nə vəd etmir.

Mokronun Liviya, Cənubi Qafqaz siyasətin də dəstəkləmək olmaz. Çünki Makron Ermənistanı dəstəkləyir və “uydurma soyqırım” məsələsini tanıyır. Mokron “uydurma soyqırım” məsələsini ona görə tanıdı ki, Fransadakı ermənilərin rəğbətini qazansın. Amma Avropanın maraqlı baxımından Makronun siyasəti ən doğru siyasətdir, nəyinki radikalların siyasəti.

Nəzakət Məmmədova: “Avropdada ultrasağçılarla, mərkəzçi Avropa inteqrasiyası tərəfdarları arasında böyük mübarizə gedəcək”.

Hesab edirəm ki, may ayında Avropa Parlamentində sağçıların qalib gəlməsi ehtimalı azdır. Amma onlar kifayət qədər də səs qazanacaqlar. Çünki son illərdə Almaniyada, İtaliyada, Macarıstanda, Polşada biz gördük ki, ultrasağ radikallar hakimiyyətə gələ bilməsələr də, koalisiya hökumətinə daxil olmağı bacarıblar.

Bu baxımdan Avropa Parlamentində də oxşar situasiya ola bilər. Yəni Avropa Parlametində radikal sağçılar kifayət qədər yer tutacaqlar və onlara müxalif olanların işinə mane olacaqlar. Ona görə də bu gün Fransa ilə İtaliya arasında baş verən böhran heç də İtaliyanın Fransanın daxili işlərinə qarışması məsələsi deyil. Bu böhran gələcək Avropa Parlamentində seçkilərə görə olan mübarizədir. Bu mübarizənin qalibi həm Avropa İttifaqının, həm də Avropanın təhlükəsizlyinin taleyini həll edəcək.

Mən hesab edirəm ki, Avropanın təhlükəsizliyi üşün də artıq ciddi qorxu yaranıb. Bu qorxu 20-ci əsrdə formalaşan Avropa Təhlükəsizlik sisteminin çöküşü ilə bağlıdır. Həm ABŞ-ın son illər yürütdüyü siyasət, həm Rusiyanın silahlanmaya daha çox meyl eləməsi və Avropada radikalizmin inkişafı demokratiyanın beşiyi olan “köhnə dünya”nın təhlükəsizlik sistemini dağıdır. Bu sistemin qorunub saxlanılması üşün “ÜmumAvropa evi” ideyası davam etdirilməli və inteqrasiya daha da genişlndirilməlidir. Lakin bütün bu dəyərlər və “ÜmumAvropa evi” ideyası hazırda çox ciddi təhlükə altındadır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar