Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan “Kazım bəy” adlı romanı nəşr olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən Milli Elmlər Akademiyasında bir çox tədbirlərin həyata keçirilməsi üçün ciddi hazırlıq işləri aparılır

PİA.az Trend-ә istinadәn bildirir ki, bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, bu münasibətlə Akademiyanın Humanitar və İctimai Elmlər Bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutları Cəfər Cabbarlının ev muzeyi ilə birlikdə respublika miqyasında elmi konfrans keçirəcəkdir:

"Konfransda elmi məruzələrdən başqa, Cəfər Cabbarlıya həsr edilmiş film səsləndiriləcək, onun həyatı və yaradıcılığını əks etdirən sərgi nümayiş etdiriləcəkdir. Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat və Nəsimi adına Dilçilik, Memarlıq və İncəsənət, Fəlsəfə və Tarix institutlarında, Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Hüseyn Cavidin ev muzeyində də elmi konfranslar və elmi sessiyalar, sərgilər təşkil olunacaq".

Akademik bundan başqa, Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan “Kazım bəy” adlı romanı və məktubları ilk dəfə kitab halında nəşr ediləcəyini də vurğulayıb.

Qeyd edək ki, bu əsərləri filologiya elmləri doktoru, professor Asif Rüstəmli aşkar edib.

Əlyazmalar İnstitutunda isə Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır. Böyük yazıçının şəxsi arxivində 2 mindən çox sənəd vardır. Milli Elmlər Akademiyasının alimləri ölkə miqyasında keçiriləcək tədbirlərdə də yaxından iştirak edəcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar