Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblilər arasında basketbol üzrə final oyunu keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsində 3-cü yer uğrunda matç və final oyunu keçirilib

Qazax Olimpiya İdman Kompleksində reallaşan bürünc medallar uğrunda görüşdə A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin komandası ilə S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin idmançıları qarşılaşıb. Gərgin mübarizəyə səhnə olan matç A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin basketbolçularının 9:6 hesablı qələbəsi ilə başa çatıb və onlar yarışın bürünc medallarına yiyələniblər.

Daha sonra “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsinin həlledici qarşılaşması baş tutub. Finala qədər hərəyə 2 oyunda qələbə qazanan Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası ilə Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin şagirdləri üz-üzə gəlib. Oyunboyu daha üstün təsir bağışlayan M.Hüseyn adına məktəb-liseyin yeniyetmə basketbolçuları 13:4 hesabı ilə qalib gələrək çempion olublar.

Yekunda ilk 3 yeri tutan kollektiv diplom və medallarla təltif olunub. Yarışın qalibi olan Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin komandası həmçinin “Həmrəylik kuboku” ilə mükafatlandırılıb.

pia.az


Etiket: Basketbol

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar