Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi Ombudsmanı institutu - Yenilik vergi ödəyicilərinə nə vəd edir?

Sabiq maliyyə naziri: “Bu institutun fəaliyyəti vergi ödəyicilərinə mübahisəli məsələləri məhkəməyə çıxarmadan həll etməyə imkan verəcək”

“Vergi ödəyicilərinin hüquqlqrının daha yaxşı qorunmasına xidmət edəcək Ombudsman institutu vergi ödəyiciləri ilə dövlət arasındakı münasibətlərin etibarlılığının təmin olunmasına da ciddi töhvə verəcək”.

Bu sözləri “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov Vergi Ombudsmanı institutunun yaradılması qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib.

Nazir Mikayıl Cabbarov nazirliyin fəaliyyətinin təkcə fiskal funksiyalarla məhdudlaşmadığını, vergi xidmətinin iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm rol oynadığını və onun sahibkarlığın inkişafında səmərəli bir tənzimləmə aləti olduğunu vurğulayıb. 2018-ci ilin yeni vəzifələrin və iş prinsiplərinin icrası, tətbiqi baxımından çox əhəmiyyətli dövr olduğunu deyən nazir ötən il vergi sistemində struktur və kadr islahatlarının aparıldığını, inzibatçılıqda yeni prinsiplərin tətbiq edildiyini, qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdırıb.

Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apellyasiya sisteminin təkmilləşdirilməsinin vacibliyini xüsusi olaraq vurğulayan M.Cabbarov bildirib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. Vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən nazir vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də qeyd edib.

Vergi Ombudsmanın vergilərin yığılmasında şəffaflğın təmin olunması və korrupsiya hallarının azaldılması sahəsində hansı təsirləri ola bilər? Xüsusən Azərbaycanda geniş yayılmış kölgə iqtisadfiyyatla mübarizədə Vergi Ombudsmanın hər hansı müsbət rolu ola bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri, professor Fikrət Yusifova müraciət edib.

Fikrət Yusifov: “Bu gün Vergilər Nazirliyinin apardığı islahatlar vergi ödəyiciləri ilə dövlət arasında münasibətlərin ən optimal variantının formalaşdırılmasını hədəfləyir”.

Buna qədər vergi ödəyicilərinin iki ciddi problemninin mövcud olduğunu vurğulayan sabiq maliyyə naziri PİA.az-a açıqlamasında qeyd edib ki, bunlardan birincisi - vergi yükünün ağırlığı, - ikincisi isə vergi ödəyicilərinin qabaqdakı dövrlər üçün vergi ödənişləri aparmağa təhrik olunması idi. Aparılan islahatlar birinci problemin - yəni vergi yükünün optimallaşdırılması probleminin həll olunmasına imkan verdi, ikinci problem - yəni qabaqkı dövrlər üçün vergi ödəmək kimi eybəcər bir təcrübəyə isə son qoyuldu:

“Bu gün Vergilər Nazirliyinin apardığı islahatlar vergi ödəyiciləri ilə dövlət arasında münasibətlərin ən optimal variantının formalaşdırılmasını hədəfləyir. Bir sözlə islahatların fəlsəfəsini vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması təşkil edir. Bu aparılan islahatların olduqca mühüm tərəfidir. Vergilər Nazirliyinin təşəbbüsü ilə Vergi Məcəlləsində bu ilin yanvar ayının əvvəlindən tətbiq olunmağa başlayan yeniliklər də bilavasitə bu məqsədləırə xidmət edir. Bu hələ son deyil. Vergilər Nazirliyi bundan sonra da islahatlar kursunu davam etdirmək niyətindədir.

Bu  təşəbbüs beynəlxalq təcrübədə yaxşı olan bütün alətlərdən yararlanmaq da islahatların səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan biridir. Bu sırada Vergilər Nazirliyinin vergi ombudsmanı yaratmaq təşəbbüsü təqqirə layiq bir addımdır. Əslində bu addımla Vergilər Nazirliyi daha çox vergi ödəyicilərinin hüquqlarının qorunmasını təmin etmək niyyətindədir.

Fikrət Yusifov: “Bu  təşəbbüs beynəlxalq təcrübədə yaxşı olan bütün alətlərdən yararlanmaq da islahatların səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan biridir”.

Vergilər Naziri Mikayıl Cabbarovun bilavasitə təşəbbüsü ilə yaradılacaq bu institutun fəaliyyəti vergi ödəyicilərinə mübahisəli məsələləri məhkəməyə çıxarmadan həll etməyə imkan verəcək. Bununla da Vergilər Nazirliyində vergi ödəyiciləri ilə mübahisəli məsələlərin həllində əvvəllər mövcud olmuş lüzumsuz təcrübəyə alternativ olan yeni - vergi ödəyicilərinin hüquqlarını daha çox müdafiə edən bir qayda ortaya qoyulmuş olacaq. Vergi ödəyicilərinin hüquqlqrının daha yaxşı qorunmasına xidmət edəcək ombudsman institutu vergi ödəyiciləri ilə dövlət arasındakı münasibətlərin etibarlılığının təmin olunmasına da ciddi töhvə verəcək.

Vergilər Nazirliyi bu gün vergi ödəyiciləri ilə dövlət arasında münasibətləri elə bir səviyyəyə yüksəltmək istəyir ki, vergi ödəyiciləri öz konstitusiya borclarını məmuniyyətlə yerinə yetirməyə köklənsinlər. Buna qədər vergi ödəyicilərinin əlindən bu məmunluğu alan iki ciddi problem mövcud idi. Bunlardan birincisi - vergi yükünün ağırlığı - ikincisi isə vergi ödəyicilərinin qabaqdakı dövrlər üçün vergi ödənişləri aparmağa təhrik olunması idi. Aparılan islahatlar birinci problemin - yəni vergi yükünün optimallaşdırılması probleminin həll olunmasına imkan verdi, ikinci problem - yəni qabaqkı dövrlər üçün vergi ödəmək kimi eybəcər bir təcrübəyə isə son qoyuldu”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar