Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur geyim brendindən nəsli kəsilməkdə olan heyvanlara dəstək aksiyası – Foto

Dünya şöhrətli moda markası “Lacoste” maraqlı addım atıb

Şirkət dünyada nəsli kəsilmək təhlükəsi yaşayan 10 heyvan növünü əks etdirən polo köynəklər istehsal edib.

“Lacoste” özünün tanınmış timsah loqosunu nadir quş, sürünən və məməlilərin logosu ilə dəyişərək bu addımla nəsli kəsilməkdə olan heyvanlara diqqət çəkib. Hər bir seriyadan çıxarılan köynək sayı heyvanların vəhşi təbiətdə qalan saylarına uyğunşaldırılıb.

Ötən həftə Paris moda həftəsində bu köynəklərin nümayişindən yığılan pul bu il 70 ili tamam olan “Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi”nə (İUCN) verilib.

Təqdim olunan 10 növ və köynəklərin siyahısı bunlardır:

Vaquita (Kaliforniya körfəz donuz balığı) – 30

Burma tısbağası (Burmese roofed turtle) – 40

Şimali gəlincik lemuru (northern weasel lemur) – 50

Javan gərgədanı – 67

Cao-vit meymunu – 150

Kakapo tutuquşu – 157

Kaliforniya kərkəsi – 231

Yalançı körkəröküz (Soala, ətyeyən) – 250

Sumatra pələngi – 350

Anegada torpaq iquanası – 450

“Lacoste” heyvanlar üçün başlatdığı kampaniyanı tviter vasitəsilə paylaşıb. Ümumilikdə 1775 köynək istehsal edilib və satılıb.

Qeyd edək ki, “Lacoste” 1993-cü ildə tenisçi Rene Lacoste və Andre Gillier tərəfindən qurulan fransız şirkətidir. Şirkət geyim, ayaqqabı, eynək, dəri əşyalar, ətir, dəsmal və saat istehsal edir. (Strateq.az)

pia.az


Etiket: Lacoste

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar