Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bunu edən vətəndaşlara sanksiya tətbiq ediləcək

İlin sonuna kimi onlayn nəzarət-kassa aparatlarının quraşdırılmasının başa çatdırılması nəzərdə tutulur

Bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, hazırda ölkədə nağd ödənişlərin səviyyəsi olduqca yüksəkdir. Bəzi ölkələr, məsələn, Skandinaviya ölkələri bəyan edib ki, onlar yaxın vaxtlarda nağd puldan ümumiyyətlə imtina edəcəklər. Bu istiqamətdə bizdə də müəyyən işlər görülür.

“Bu ildən real vaxt rejimində işləyən onlayn nəzarət-kassa aparatlarının tətbiq olunmasına başlanılır. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsi və ticarət müəssisələrində belə kassa aparatları quraşdırılıb. Çalışırıq ki, ilin sonunadək bu prosesi başa çatdıraq. Yeni nəsil kassa aparatlarında lazım olan məlumatlar əks etdirildikdən sonra ödənilmiş ƏDV-nin bir hissəsi mövcud “tax free” sistemindəki kimi, hətta daha sadə yolla istehlakçıların kartlarına qaytarılacaq. Bu, ona yönəldilib ki, nağdsız ödənişlər stimullaşdırılsın. Ödənişlər nağdsız qaydada aparılanda bir çox məsələlər avtomatik olaraq öz həllini tapır. Hazırda bəzi məsələlərlə üzləşirik. Real vaxt rejimində işləyən kassa aparatları quraşdırılıb başa çatdırılmalıdır”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, bəzən vergiödəyiciləri aparılan səyyar vergi yoxlamalarından narazılıq edirlər. Vergi orqanı isə yoxlama aparmalıdır, çünki vergi orqanı nəzarət orqanıdır:

“Yoxlama isə nəzarəti həyata keçirməyin üsullarından biridir. Bununla belə, nazirlik bu yoxlamaların sayının mümkün qədər minimuma endirilməsinə çalışır. Təkcə onu demək kifayətdir ki, 2017-ci ilə nisbətən ötən il fəaliyyəti səyyar vergi yoxlamaları ilə əhatə olunan vergiödəyicilərinin ümumi sayı 3,3 dəfə azaldılıb. Bu, çox böyük işdir. Təsəvvür edin 442 minədək aktiv vergiödəyicisindən cəmi 1692-si yoxlanılıb. Biz gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə quracağıq ki, vergiödəyicilər narahat edilməsinlər. Onlayn kassa aparatları vasitəsilə vergi orqanına lazım olan informasiya əldə olunandan sonra yoxlamaya nə ehtiyac qalır?”.

Yoxlamaların distant, yəni məsafədən aparılacağını vurğulayan nazirlik rəsmisi qanun pozuntusu ilə bağlı sanksiyalara da aydınlıq gətirib. Bildirib ki, cari ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, birinci dəfə qanun pozuntusu aşkar olunarsa, vergi orqanının vergiödəyicisini cəzalandırmaq, ona sanksiya tətbiq etmək hüququ yoxdur:

“Bu, qadağan olunub. Birinci dəfə mütləq qaydada yazılı surətdə xəbərdarlıq edilməlidir. Sonrakı dövrdə bir neçə dəfə xəbərdarlıq olarsa, sanksiyalar ödəniləcək. Bu ildən sanksiyaların da məbləği artırılıb. Biz hamımız çalışırıq ki, sahibkar öz işini, fəaliyyətini düzgün və şəffaf qursun. Vergi müfəttişi normal fəaliyyət göstərən sahibkara yaxın getməyəcək. Kimsə vergidən yayınırsa, təbiidir ki, ona münasibət intizamlı vergiödəyicisinə olan münasibətdən fərqləndirilməlidir”. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar