Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduronun hakimiyyətdən əl çəkməsi üçün üç ssenari - Təhlil

Getmək, yoxsa qalmaq daha çox itkiylə başa gələcək?

Anlatmağa keçməmişdən qabaq son hadisələri şərh edirik: Meksika və Uruqvayın Venesueladaxili dialoq üçün yaratdığı Beynəlxalq Təmas Qrupu deyilən qurum çətin ki nəyəsə nail olsun. Quaydonun bu yaxınlarda müsahibənin gedişində mənə dediyi kimi, Maduro ilə daha bir “saxta dialoq”a girmək niyyətində deyil. Maduro son illərdə müxalifətlə dialoqdan, ən azı, dörd dəfə yararlanıb ki, vaxtı uzatsın, sonra isə dünya ictimaiyyətinin diqqəti başqa problemlərə keçən kimi, siyasi rəqbilərini həbsə atsın.

Quaydo mənə dedi – bu dəfə keçid hökuməti azad seçkilər keçirənə qədər Maduro getməli olacaq.

Bundan başqa, Meksika və Uruqvay “neytral ölkə” deyil. Onlar Maduronu hələ də Venesuela prezidenti sayırlar.

O biri yandan, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, Avstraliya, Kanada, Braziliya, Argentina və Qərbin başqa demokratiyalarının çoxu Quaydo hökumətini qəbul edir.

Deməli, üç mümkün ssenariyə baxmağa keçək:

Birinci ssenari: Maduro etibar qazanmış beynəlxalq müşahidəçilərin iştirakıyla azad seçkilər keçirməyə icazə verməyə məcburdur. Venesuela neftinin (Maduro rejiminin əsas gəlir qaynağının) ixracatını mümkünsüz edən ticarət embarqosu üzündən və beynəlxalq humanitar yardım gətirən yük maşınlarının ölkəyə qaytarılmasını tələb edən venesuelalıların artan küçə etirazları, sərhədə yığılmış hərbçilər Maduronu azad seçkilər keçirmək üçün razılaşmağa vadar edəcəklər.

Maduro Nikaraquada ötən yüzillikdə 1990-cı il seçkiləri və Filippində 80-ci illərdə baş verdiyi kimi, özü və generalları üçün məqbul şərtlər əldə edir. Maduro sonra seçkiləri uduzur və Kubaya gedib “Telesur” kanalında təbildə çalıb oxuyaraq, rəqs edərək Amerika imperializmini qarğıyaraq teleşou aparıcısı kimi yeni həyata başlayır. Mənim fikrimcə, belə bir ssenarinin həyata keçmə ehtimalı 50%-ə bərabərdir.

İkinci ssenari: Maduro sonsuz müddətə hakimiyyətdə qalır.

Venesuela diktatoru Rusiya və Çinin yardımıyla hakimiyyəti saxlamağa nail olur. Kubada baş verdiyi kimi, Venesuelada humanitar böhran artır və milyonlarla vətəndaş ölkədən qaçır. Maduro bu qayda ilə əsas kütləsini yoxsullaşan dövlət qulluqçuları təşkil edən az sayda adamı ərzaqla təmin edəcək. Hökumətin payladığı ərzaq payları üzərindən onlara nəzarət etmək asan olacaq.

Bütün işlər bundadır ki, Braziliya və Kolumbiya, növbəti milyonlarla adam bu ölkələrə can atarkən bu aclığa dözməyəcək. Güman etmirəm ki, Rusiya və Çin Maduroya böyük maliyyə yardımı göstərər. Belə bir ssenarinin həyata keçmə ehtimalı 30%-ə bərabərdir.

Üçüncü ssenari: ABŞ-ın, ya da çoxmillətli güclərin hərbi müdaxiləsi. Keçən əsrin 80-ci illərində Panamada baş verdiyi kimi, Amerika məhkəməsi “narkoticarət” maddəsiylə Maduroya və generallarına hökm çıxardır ki, bu da ABŞ tərəfdən hərbi müdaxiləyə gətirir. Ya da ötən əsrin 80-ci illərində Karibin Qrenada adasında baş verdiyi kimi, ABŞ, guya, Kuba və Rusiyanın bu ölkəni işğal etdiyi bəhanəsilə Venesuelaya müdaxilə edir. Amma Panama ordusunda 21 min, Qrenadada isə iki minə yaxın hərbçi vardısa, Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Venesuela silahlı güclərinin sayı 351 min nəfərə çatır. Bəzi ekspertlərin dəyərləndirdiyinə görə, ABŞ Venesuelaya müdaxilə nəticəsində 100 mindən çox hərbçisini itirəcək.

Ola bilsin, 1965-də Dominikan Respublikasında, ya da 1992-də Bosniyada olduğu kimi, panamerika gücləri və yaxud BMT kontingentinin göndərilməsi haqda xahişlər gələcək. Amma Latın Amerikası ölkələrinin çoxu bu əməliyyata qatılmaq istəməyəcək, Rusiya və Çin isə BMT TŞ-nin Venesuelaya müdaxiləni sanksiyalaşdıran istənilən qətnaməsinə veto qoyacaq. Belə bir ssenarinin həyata keçirilmə ehtimalı 20%-ə bərabərdir.

Deməli, indiki çoxalan beynəlxalq diplomatik və iqtisadi sanksiyalar dalğası Maduronun qanunsuz rejimini hakimiyyətdən əl çəkməyə vadar etməkdə ən yaxşı – və ola bilsin, ən gerçək – imkanı ifadə edir. Basqı çoxalarsa, onda Maduro gedə bilər. (Strateq.az)

pia.az


Etiket: Maduro Venesuela

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar