Rusiyanın strateji bombardman təyyarələri Yapon dənizi üzərində təlim uçuşları həyata keçirib
PİA.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, Tu-95 təyyarələri Yapon dənizi ilə yanaşı, Oxot dənizi və Sakit okeanın qərbində planlı şəkildə təlim uçuşlarını reallaşdırıb. Pilotlar 15 saatdan artıq havada qalıblar, təyyarələrə yanacaq havadaca vurulub.
pia.az