Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir günərzi mərkəzindəki uşaqlara baş çəkdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə nazirliyin sifarişi ilə rayonda yaradılmış günərzi qayğı mərkəzinə baxış keçiriblər

Mərkəz çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə yaradılıb.

Burada 30-dan çox uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlərlə təmin edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılıb. Azyaşlıların vaxtlarının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil olunur.

Mərkəzdə yaradılmış şərait, göstərilən günərzi qayğı xidmətləri nəzərdən keçirilib. S.Babayev göstərilən sosial xidmətlərdə yeni və daha səmərəli metodların tətbiqi, bu xidmətlərin əsasən reabilitasiya istiqamətində təşkili, əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması və s. barədə tapşırıqlarını verib. (BakuPost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar