Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yığması Avropa çempionatına qatılmaqdan imtina edib

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində oynamaqdan imtina edib

Yığmamız AVRO-2020-yə vəsiqələr uğrunda mübarizə aparmayacaq.

Belə ki, aprelin 4-də baş tutacaq püşkatma öncəsi yarış iştirakçılarının tam siyahısı açıqlanıb. Norveç və Danimarkanın ev sahibliyi edəcəyi final mərhələsinə vəsiqələr uğrunda ümumilikdə 31 komanda mübarizə aparacaq.

Bu yığmalardan 4-ü təsnifat mərhələsində qüvvələrini sınayacaqlar. Bu raundun qalibi yarışa seçmə mərhələdən başlayacaq 27 komandaya qoşulacaq.

Sonuncu dəfə AVRO-2016-nın seçmə tsiklinə qatılan millimiz ardıcıl ikinci dəfə yarışdan kənarda qalacaq. Ümumilikdə, AVRO-1996-da debüt etdiyi qitə çempionatına vəsiqələr uğrunda 10 dəfə mübarizə aparmış komandamız yalnız üç dəfə (AVRO-2000, AVRO-2014, AVRO-2018) turnirə qatılmayıb.

Qeyd edək ki, millimizin sonuncu rəsmi sınağı DÇ-2019-un seçmə mərhələsi olub. Komandamız Makedoniya, Türkiyə və İslandiya ilə eyni qrupda sonuncu yeri tutub.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Ən çox oxunanalar