Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika geosiyasi savaşın mərkəzinə çevrilir - Fransa Şərqi Afrikanı da istəyir...

Fransa artıq özünü Qərbi Afrika ilə sərhədləmək istəmir. Şərqi Afrikaya doğru hərəkət etmək istəyir...

İbrahim Tığlı,
“Yeni Şafak” qəzeti, Türkiyə

Avropa dövlətləri 1884-1885-ci illərdə Afrikanı öz aralarında böldükləri Berlin Konfransında, yəqin ki, Çin kimi bir faktorun ortaya çıxacağını nəzərə almamışdılar. Çin təxminən 100 il sonra Afrikada haqq sahibi olmaq istəyən bir ölkə kimi ortaya çıxarkən, həm də müstəmləkəçiliyin indi sadəcə şəkil dəyişdirdiyini də ortaya qoymuş oldu. Afrikada müstəqillik hərəkatları, etnik və hərbi qüvvəyə əsaslanan milli dövlətlər, demək olar ki, müstəmləkəçiliyin davamı kimi idi. Afrika ölkələrinin mədəni-sosial və iqtisadi asılılıqları davam edərkən Çin borc verməklə yeni bir müstəmləkəçilik modeli ortaya qoydu. Qərbli dövlətlər də Çinin Afrikaya yayılmasının qarşısını almaq üçün 19-20-ci əsrin ənənəvi müharibə formalarından uzaqlaşaraq investisiya qoymaq yoluyla yeni bir müstəmləkəçilik inşa etməyə çalışırlar.

Fransa Prezidenti Emmanuel Makronun 4 gün davam edən Cibuti, Efiopiya və Keniya səfərində Fransanın investisiya layihələri ön planda olub. Bu səfərin 1977-ci ilə Fransanın müstəmləkəsi olan Cibutidən başlaması da təsadüfi deyildi. Cibutinin tarixdəki adı Fransa Somalisi idi və bu ölkə şair Artur Rembonun ən sevdiyi yer kimi tanınır. Fransa bu köhnə müstəmləkəsini burda hərbi bazası olmasına baxmayaraq, itirməyə başlayıb və Çinin borc verərək Cibutini işğal etməsini izləməkdəydi. Afrikanın ən kiçik dövləti olan Cibuti strateji cəhətdən və ərazi baxımından önəm daşıyır. Port Said limanını saymasaq, Afrikanın Qırmızı dənizlə Şərqi Afrika arasındakı ən önəmli körpünün Cibuti olduğunu deyə bilərik.

Cibutidə Fransa ilə yanaşı ABŞ, Çin və Yaponiyanın da hərbi bazaları yerləşir. ABŞ istər Yəməndəki, istərsə də Somalidəki əməliyyatlarını buradakı hərbi bazasından istifadə edərək həyata keçirir.

Cibuti, eyni zamanda, Şərqi Afrikanın Dubayı olmaq yolundadır. Həm ticarət üçün qovşaq nöqtəsi olmağa çalışarkən, həm də ölkələr arasındakı dəmiryolu nəqliyyatında kilid rol oynayır. Bu rolu oynamaq fürsətini təqdim edən Çinin yaratdığı və Efiopiyaya qədər çatan 3 dəmiryoludur.

Makron Cibuti Prezidenti Ömər İsmayıl Quala ilə olan görüşündə Çinin bölgədə olmasından narahat olduğunu hiss etdirib. Deyilənə görə, Cibuti Çinə olan 1,5 milyard dollarlıq borcunu ödəyə biləcək. Qualanın isə Makronun məsləhətini qəbul etdiyini və Cibutidəki bütün alt quruluşdakı işlərinin fransız şirkətlərinə veriləcəyini dediyi iddia edilir.

Pan-Afrikanist mütəfəkkir Sezarın dediyi kimi, müstəmləkəçi və istismar edilən arasında qəribə bir münasibət var. Xüsusilə, fransız müstəmləkəçilərinin “bəyaz əfəndi” görkəmindən çox da narahat olmadıqlarını və münasibətlərini bu şəkildə davam etdirmək istədiklərini görə bilərik. Qvineya dövləti bu barədə bir istisnadır. Kamerundakı Anqlofan probleminin arxasında belə bir azadlıq, qurtuluş düşüncəsi deyil, müstəmləkəçi ilə istismar edilən arasında olan qəribə bir əlaqə var.

Çinin dövlət rəhbəri Şi Cinpinin Paris səfərindən 2 həftə sonra Makronun bu Afrika səfərini həyata keçirməsi daha əvvəldən planlanmamış, birdən-birə yaranmış bir diplomatiya tıxacıdır. Çünki Makronun təmasları göstərir ki, Çinin Afrikada hərbi cəhətdən yayılması xüsusilə narahatlıq doğurur. Ən azından Cibuti səfərinin arxasında ticarət problemlərindən çox, hərbi problemlərin olduğunu demək olar.

Cibuti müstəqilliyini qazandıqda Fransa bu ölkədə hərbi baza inşa etmişdi və bu bazada 1500 əsgər yerləşdirmişdiı. ABŞ-ın 2002-ci ildə yaratdığı hərbi bazada isə 5000 dəniz əsgəri var. Çinin isə bir neçə il əvvəl qurduğu hərbi bazadakı əsgərlərin sayı 10 minlərə çatır. Cənubi Sudandakı BMT sülh qüvvəsində də ciddi sayda çinli əsgərlər var. Artıq Çinin Afrikada yayılması təkcə ticarət və enerji sahələri ilə bağlı deyil, həm də hərbi sahəni əhatə edir.

Makronun Cibutidə hərbi bazanı genişləndirmək istəməsi Çinə olduğu qədər, ABŞ-a qarşı da müəyyən qədər meydan oxumaqdır. Bir müddətdir ABŞ-la Fransa arasında “NATO ordusu” müzakirələrinin getdiyi bir dönəmdə yeni bir Avropa ordusu düşüncəsi də buna Afrikada başlamasına yönəlmiş bir addımdır. Daha əvvəl Somalidə və Yəməndə ABŞ-ın etdiyi hərbi əməliyyatlar Fransa hökumətinin bilgisi daxilində edilərkən, son vaxtlarda məlumat verilmədiyi aydın olub. Fransa Afrikada öz təsirini azaltmağa çalışarkən İngiltərədən də dəstək tələb edir.

İqtisadi problemlər içində olan Fransanın Cibutidə 2 milyard, Keniyada isə 2,6 milyard dollarlıq artım layihələrindən danışması qəribədir. Fransanın Cibutiyə və Keniyaya enerji, alt quruluş, avtomobil, nəqliyyat kimi sahələrdə təxminən 4,5 milyard dollara yaxın investisiya ayırmasının Fransa büdcəsinə necə təsir edəcəyi sual doğurur. Çünki Fransa artıq Frankofan Afrika ölkələrindən də gözlədiyi maddi dəstəyi ala bilmir.

Makronun Cibuti ilə başlayan Şərqi Afrika səfəri öz əvvəlki müstəmləkələrindən başqa, Anqlofan ölkələrdəki mənfəətlərini davam etdirməyə də yönəlib. Makron 1963-dən bəri Keniyaya səfər edən ilk Fransa prezidentidir. İngiltərə və Fransa, ümumiyyətlə, bir-birilərinin təsir sahəsinə girməməyə fikir verərdi. Lakin artıq buna o qədər də fikir verilmədiyini görürük. Çünki yeni müstəmləkəçilik formasında artıq təkcə müəyyən bir ölkə ilə qurulan münasibətdən çox, sahə münasibətləri qurmaq lazım gəlir. Çünki Çinin inşa etdiyi dəmiryolu təkcə Cibutini deyil, eyni zamanda, Eritreya və Efiopiyanı, hətta Cənubi Sudanı da əhatə edir.

Yeni bir Berlin Konfransı yenidən gündəmə gətirilə və reallaşdırıla bilər. Əgər çoxlu sayda regional münasibətlərə girişsələr, Afrikada Fransa ilə Çinin ttoqquşma ehtimalı da yüksək olacaq. İdarə etdikləri terror təşkilatlarının toqquşmalarının özlərinə yönəlməməsi üçün yeni bir paylaşım müddətini mənimsəyə bilərlər və ya toqquşmaların birbaşa tərəfləri halına gələ bilərlər.

Fransa artıq özünü Qərbi Afrika ilə sərhədləmək istəmir. Şərqi Afrikaya doğru hərəkət etmək istəyir. Cibutini bölgədəki hərbi və iqtisadi məqsədləri üçün bir liman giriş kimi dəyərləndirir. Lakin unutduğu bir şey var. Fransanın maraqları olduğu kimi Çin, Hindistan və Yaponiyanın da maraqları var. Bu dövlətlərin ayağını əzməmək üçün diqqətli olması gərəkir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar