Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış eskpertlərin islahat təklifləri...

Monopoliya, korrupsiya aradan qaldırılmalı, sistemli dəyişikliklər aparılmalıdır

Prezident İlham Əliyev Novruz bayramı təbrikində ölkədə islahatların aparılması ilə bağlı növbəti dəfə fikirlərini açıqlayıb. Bu il bir neçə dəfə bu mövzuya toxunan dövlət başçısı deyib ki, islahatlar dərinləşəcək:

“İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub…”.

İqtisadçı ekspertlər “Azadlıq” radiosuna dövlət başçsının verdiyi mesajları dəyərləndiriblər.

Deputat Vahid Əhmədov islahatların hərtərəfli, kompleks aparılmasını vacib sayır:

“Bu sıraya siyasi, iqtisadi və struktur islahatları daxildir. Həm məhkəmə, həm təhsil, həm də shiyyə sistemində islahatlar aparılmalıdır. Prezident özü də bunun anonsunu verdiyindən, düşünürəm ki, islahatlar kompleks şəkildə həyata keçirilməlidir. Çünki adıçəkilən sahələrdən çoxlu şikayətlər var, xüsusən məhkəmə sistemindən”. Vahid Əhmədov deyib ki, daha çox korrupsiya ilə mübarizə aparılmalıdır:

“Bir də “kölgə iqtisadiyyatı”nı aşkarlayıb aradan qaldırmaq lazımdır, düzdür, bütün dünyada bu var. Amma Azərbaycanda kifayət qədər çoxdur. Biz “kölgə iqtisadiyyatı”nı sıradan çıxarda bilsək, büdcəyə də çoxlu vəsait daxil olar”.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev isə bildirib ki, ölkədə real islahat olmayıb:

“Müəyyən vizual, formal dəyişikliklər olub. Məsələn, yol infrastrukturunda və tikintidə. Bu dəyişikliklər də korrupsiyanın yeminə çevrilib. Amma Azərbaycan iqtisadiyyatının ən yaralı yeri maddi istehsal sahəsində islahatlar görməmişik. Ona görə prezident bu barədə təkrarən danışdıqda, əvvəlki formal işlərin davamı olacağı təsəvvürü yaranır”.

​Nemət Əliyev təəssüflənir ki, rəsmi təbliğatda son vaxtlar təqaüdlərin, maaşların artırılması islahat kimi təqdim olunur:

“ Əgər, Azərbaycanın real sektordan gəlirlər əhəmiyyətli dərəcədə artarsa, onlardan dolayı pensiyalarda, maaşlarda artımlar olarsa, bunu islahat kimi xarakterizə etmək mümkündür. İnflyasiya göstəricisi də əlavə olunsa, məlum olar ki, həmin artımlardan sonra əhalinin sosial vəziyyəti və alıcılıq qabiliyyəti pisləşib. Ona görə maaş, pensiya, tələbə təqaüdlərinin artımını islahat kimi xarakterizə etmək doğru deyil”. Nemət Əliyevin sözlərinə görə, islahat istiqamətində birinci növbədə korrupsiyaya və monopoliya ilə mübarizə aparılmalıdır:

“Bu mübarizə başlamasa, iqtisadiyyatda hər hansı addım atmağın heç bir əhəmiyyəti yoxdur. Çünki korrupsiya və monopoliya sahibkarlığın dirçəlməsinə imkan vermir. Hazırda, dövlət vəzifəsi ilə sahibkarlıq bir yerdə cəmləndiyindən məmur-oliqarx ordusu yaranıb. Ona görə məmurların sahibkarlıq fəaliyyətinə qadağa qoyulmalıdır. Monopoliyanın yığışdırılması üçün rəqabətli və əlverişli investisiya mühiti yaradılmalıdır. Bunun üçün, müstəqil məhkəmə sistemi olmalı və qanunların aliliyinə təminat verilməlidir. 2018-ci ildə xarici investisiya 2 milyard dollar azalıb ki, bu, təxminən 39 faiz deməkdir. Səbəb ölkədə müstəqil məhkəmə sisteminin olmaması, insan hüquqlarının ardıcıl olaraq pozulmasıdır”.

N.Əliyev habelə hesab edir ki, kənd təsərrüfatına stimul vermək məqsədi ilə emal sənayesinə ağırlıq verilməlidir:

“Məsələ ondadır ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin böyük hissəsi kənd təsərrüfatında çalışır. Onların gəlirlərini artırmağın yolu emal sənayesindən keçir və həm də xarici investorları cəlb etməklə rəqabətli mühit qurulmalıdır. Eyni zamanda, toxuculuq, tikiş sahələrinin inkişafı üçün geniş imkanlar var. Sadəcə, məmur-oliqarx mühiti və qanunların işləməməsi prosesin hərəkətliliyinə əngəl yaradır. Nəhayət, vergi-gömrük sahəsində çox vacib islahatlara ehtiyac var. Çünki vergi sahibkarların əl-qolunu bağlamaq vasitəsinə çevrilib. Verginin stimullaşdırıcı və tənzimləyici rolu ölüb. Gömrük Komitəsi dövlət büdcəsini doldurmaq üçün avtomobilə idxal rüsumu tətbiq edir, halbuki, buna ehtiyac yoxdur. Komitənin hazırkı iş üslubuna münasibət kökündən dəyişilməlidir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da sosial islahatların aparılmasının tərəfdarı olduğunu və bununla bağlı mexanizmin hökumətə təqdim etdiklərini deyir:

“İstəyirik ki, növbəti islahatlar paketində uşaqpulunun bərpası öz əksini tapsın. Nəzərə alın ki, bu gün ölkədə xeyli ailənin uşaqpuluna ehtiyacı var. Bizim mexanizmdə aylıq olaraq çox yüksək ödənişlər təklif olunmayb. Reallığı nəzərə alıb yaş qrupları üzrə uşaqpulunun verilməsini təklif edirik. Həm də büdcəyə ağırlıq yaratmadan vəsaitlərin mənbələrini göstərmişik. Bizim mexanizmdə 1,6 milyard manat vəsaitin tələb olunduğu göstərilir. Bu, büdcə xərclərinin 6,5 faizidir. Mexanizm keçsə, gənc ailələrin sosial müdafiəsinə müsbət təsir göstərəcək, digər tərəfdən isə büdcədə ağırlıq yaratmayacaq”.

V.Bayramov bildirib ki, onlar iqtisadiyyatın liberallaşdırılması və qeyri-neft sektorunun ixrac imkanlarının genişlənməsi istiqamətində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün müzakirəsinin tərəfdarıdırlar:

“Bu üzvlük yeni bazara çıxış imkanı deməkdir, 1997-ci ildə təşkilata üzvlüklə müraciət olunsa da, hələlik reallaşmayıb. Təşkilata üzvlük islahatlar paketində əsas elementlərdən biri olsa, daha müsbət olardı. Bundan əlavə, Avropa Birliyi ilə iqtisadiyyatın genişlənməsinə çox ehtiyac var. Əgər, bu baş tutarsa, Azərbaycanın ixrac imkanları genişlənər və davamlı iqtisadi inkişaf yaranar. Ən vacib təklif etdiyimiz məqam isə elektronlaşmanın genişlənməsidir, gömrük sistemi daxil olmaqla çox fərqli dövlət xidmətləri elektronlaşmalıdır. Çünki elektronlaşma şəffaflığın güclənməsi və korrupsiyaya ilə mübarizənin artırılması baxımdan vacibdir. Ona görə ASAN Xidmətin səlahiyyətlərinin genişlənməsinə ehtiyac var”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar