Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp əleyhinə 22 aylıq istintaqın yekunu açıqlanacaq

ABŞ qanunvericiləri, xüsusən də demokratlar ölkə prezidenti Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerikadakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin 22 aylıq istintaqı başa vuraraq onun nəticəsi barədə ABŞ baş prokuroru Uilyam Barra təqdim etdiyi hesabatın ictimaiyyətə açıqlanmasını tələb edirlər

Azvision.az “Reuters”ə istindən xəbər verir ki, Barr hesabatın tədqiq edilməsi üçün ötən gün 9 saat vaxt sərf edib. O bildirib ki, həftəsonu, yəni bu gün hesabatın “prinsipial yekunlarına” dair Konqressə və ictimaiyyətə qısa xülasə təqdim edə bilər.

Müllerin apardığı istintaqın nəticələrini tam ictimailəşdirmək, yaxud onu gizli saxlamaq barədə qərar vermək səlahiyyəti baş prokuror Uilyam Barra məxsusdur. Onun qısa xülasədən əlavə, hesabatla bağlı açıq və geniş bəyanatla çıxış edib-etməyəcəyi bilinmir.

Həmçinin qeyd olunur ki, Müller 22 martda istintaqın nəticələrini Barra verərkən heç bir yeni iddianamə təqdim etməyib. Bu isə o deməkdir ki, Rusiya ilə əlaqələrinə dair Trampa qarşı daha heç bir cinayət ittihamı irəli sürülməyəcək.

Bundan əvvəl Nümayəndələr Palatasının altı komitəsinin demokrat liderləri Barra yazılı mətub ünvanlayaraq bəyan etmişdilər ki, istintaq nəticəsində ABŞ prezidentinin qanunu pozması barədə tutarlı dəlil aşkarlanıbsa, bu cür məlumat gizlədilməməli və Tramp məsuliyyətə cəlb edilməlidir. Demokratlar həmçinin, hesabatın tam mətninin dərc olunmasını tələb edirlər.

Donald Tramp isə özünə qarşı aparılan istintaqın nəticələri ilə bağlı məxfi hesabatın dərc edilməsinə etiraz etmir.

pia.az


Etiket: Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar