Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nazarbayev yenidən prezident ola bilər"

"Nursultan Nazarbayevin istefası taktiki xarakter daşıyır və siyasi manevrdən başqa bir şey deyil"

 

Bunu virtualaz.org-a bütün postsovet məkanı üçün səs-küylü hadisəni şərh edərkən qazaxıstanlı politoloq Maksim Kaznaçeyev deyib.

O xatırladıb ki, Qazaxıstanın eks-prezidenti respublikanın Təhlükəsizlik Şurasının sədri və "Nur Otan" iqtidar partiyasının lideri vəzifələrini öz əlində saxlayıb.

"Əslində, istefa növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədardır. Konstitusiyaya görə, seçkilər ən uzağı iki ay ərzində keçirilməlidir. Artıq keçmiş prezident olan Nazarbayev, yəqin ki, seçkilərdə iştirak edəcək. Parlamentin spikeri Kasım-Jomart Tokayev isə, sadəcə olaraq, seçkilərin nəticələri məlum olana qədər prezidentin vəzifələrini icra edəcək. Beləliklə, hələlik söhbət vəzifələrin transferindən deyil, Nazarbayevin növbəti seçkilərindən gedir", - ekspert hesab edir.

M.Kaznaçeyev qeyd edir ki, Qazaxıstan prezidenti mütəmadi olaraq - seçkilər mexanizmi vasitəsilə öz legitimliyini təsdiq edir. Son 15 il ərzində heç bir prezident seçki kampaniyası konstitusiya ilə nəzərdə tutulmuş müddətlərdə baş tutmayıb. Növbəti seçkilər 2020-ci ildə keçirilməli idi və qərara alınıb ki, seçkilər bir il tez təşkil olunsun. Bu cür təcrübə Qazaxıstan üçün normadır.

"Tezliklə ictimai fikir liderlərinin bir qrupu yenidən Nazarbayevdən xahiş edəcəklər ki, öz namizədliyini irəli sürsün. O, bu təklifi qəbul edəcək və şübhəsiz ki, növbədənkənar prezident seçkilərini qazanacaq. Növbədənkənar seçkilər artıq üçüncü dəfədir ki, keçirilir, lakin istefa qərarı ilk dəfə verilirdi.

Dövlət başçısının səlahiyyətləri hazırda senatın sədri Kasım-Jomart Tokayevə keçib, lakin Nursultan Nazarbayevin hakimiyyəti itirmək qorxusu yoxdur, çünki ölkədə ciddi müxalifət yox dərəcəsindədir", - politoloq vurğulayıb.

Qazaxıstan kosntitusiyasına əsasən, növbədənkənar seçkilər bu ilin may ayında keçirilməlidir. Bu cür qısa müddətdə müxalifətdən və elitadaxili qruplardan kiminsə seçkilərə yaxşı hazırlaşması, ekspertin fikrincə, çox çətindir. Bu isə o deməkdir ki, faktiki olaraq, ötən seçkilərdə olduğu kimi, Nazarbayevin rəqibi rolunu hakimiyyətin "təyin etdiyi" statist namizədlər oynayacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar