Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum oldu

Aprelin 18-də UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab görüşləri keçirilib

Mərhələnin mərkəzi qarşılaşması və erkən final adlandırılan görüşü Neapolda reallaşıb. İngiltərənin “Arsenal” komandası səfərdə “Napoli”nin qonağı olub. Görüş ingilislərin qələbəsi ilə başa çatıb– 1:0. Oyunda yeganə qolun müəllifi 36-ci dəqiqədə Aleksander Lakazzet olub. Beləliklə, hər iki görüşdə qalib gələn “Arsenal” turnirin yarımfinalına vəsiqə qazanıb.

Xatırladaq ki, bu komandalar arasında İngiltərədə baş tutan görüş “Arsenal”ın qələbəsi ilə başa çatmışdı - 2:0.

İspaniya dueli adlandırılan görüş “Valensiya” və “Vilyarreal” komandaları arasında təşkil olunub. Onların birinci görüşü “Valensiya”nın 3:1 hesablı səfər qələbəsi ilə başa çatmışdı. Bu yarışda da üstün oyun nümayiş etdirən “Valensiya” Toni Lato (13) və Daniel Parexo (54) vurduğu qollarla rəqibə heç bir şans verməyib. Hər iki oyunun nəticəsinə əsasən, “Valensiya” növbəti mərhələyə vəsiqə qazanıb.

Daha bir görüş Almaniyanın “Ayntraxt” və Portuqaliyanın “Benfika” arasında reallaşıb. İlk görüşdə “Ayntraxt” səfərdə 4:2 hesabı ilə məğlub olsa da, öz meydanında 2:0 hesabı ilə qalib gəlib. Ümumi hesab 4:4 olsa da, UEFA-nın reqlamentinə əsasən, Frankfurt təmsilçisi növbəti mərhələyə yüksəlib.

Nəhayət, İngiltərənin daha bir təmsilçisi “Çelsi” öz meydanında Çexiyanın “Slaviya” komandasını qəbul edib. Məhsuldarlığı ilə seçilən görüşdə qapılara 7 qol vurulub. Səfərdə minimal hesabla (1:0) və öz meydanında 4:3 hesabı ilə qələbə qazanan “Çelsi” yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, “Arsenal”, “Çelsi”, “Ayntraxt” və “Valensiya” qitənin ən nüfuzlu klub turnirlərindən olan UEFA Avropa Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Qeyd ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.(Virtualaz.org)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar