Şəmkir rayonunda ağır yol qəzası baş verib
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili "VAZ-2107" markalı avtomobillə toqquşub.
Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.(Report.az)
pia.az