Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabineti 35 müəllifin əsərlərini və 11 filmi dövlət varidatı elan etdi

Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib

PİA.az Virtualaz.org-a istinadən bildirir ki, baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.

Bununla da 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib. Həmin müəlliflərin və filmlərin siyahısını təqdim edirik.

Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

1. Qətran Təbrizi;

2. Məhsəti Gəncəvi;

3. Əfzələddin Xaqani;

4. Nizami Gəncəvi;

5. Qazi Bürhanəddin;

6. İmadəddin Nəsimi;

7. Aşıq Qurbani;

8. Şah İsmayıl Xətai;

9. Məhəmməd Füzuli;

10. Aşıq Abbas Tufarqanlı;

11. Molla Pənah Vaqif;

12. Molla Vəli Vidadi;

13. Qasım bəy Zakir;

14. Mirzə Fətəli Axundzadə;

15. Həsən bəy Zərdabi;

16. Seyid Əzim Şirvani;

17. Xurşidbanu Natəvan;

18. Mirzə Ələkbər Sabir;

19. Nəcəf bəy Vəzirov;

20. Aşıq Ələsgər;

21. Cəlil Məmmədquluzadə;

22. Əbdürrəhim bəy Haqverdiyev;

23. Cəfər Cabbarlı;

24. Əhməd Cavad;

25. Mikayıl Müşfiq;

26. Əhməd bəy Ağayev;

27. Əli bəy Hüseynzadə;

28. Nəriman Nərimanov;

29. Məmməd Səid Ordubadi;

30. Hüseyn Cavid;

31. Əzim Əzimzadə;

32. Yusif Vəzir Çəmənzəminli;

33. Üzeyir Hacıbəyov;

34. Səməd Vurğun;

35. Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər:

“Sevil ” (1929-cu ildə çəkilmişdir);

2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

3. “İsmət”(1934-cü ildə çəkilmişdir);

4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;

11. “Görüş” (1955-ci ildə çəkilmişdir).

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar