Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klopp Bakını Marsla səhv salıb

Azərbaycan qonaqlara həmişə şaddır

“Liverpul” klubunun baş məşqçisi Yürgen Klopp UEFA Avropa Liqasının finalının Bakıda keçirməsinə narazılıq edib.

Baş məşqçi müsahibəsində qeyd edib ki, Avropa Liqasının finalını Bakıda keçirmək gülüncdür.

“Bilmirəm bu qərarı qəbul edənlər səhər yeməyinə nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, çox gözəl şəhər idi, lakin çətin ki, finalda Rusiya və ya ora yaxın bir yerdən hansısa komanda oynasın.
Bakıya qaldıqda isə, mən heç ora necə getmək lazım olduğunu bilmirəm. Mütəmadi reyslər varmı? Qərarı daha əsaslı fikirləşərək qəbul etmək olardı”.

Əlbəttə, Yürgen Kloppun dövrümüzün dahi məşqçilərdən biri olduğuna heç kimin şübhəsi yoxdur. Buna Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə cavab oyunu bir daha sübutdur.

İlk oyunda səfərdə 3:0 hesablı məğlubiyyətdən sonra heç kim “Liverpul”un finala keçəcəyinə inanmırdı. Lakin qırmızlar əsl futbol möcüzəsi yaratdılar və adlarını futbol tarixinə yazdırdılar. Cavab qarşılaşmasında aparıcı futbolçuları – Salah və Firminonun olmamasına baxmayaraq mersesaydlılar geridönüş edərək – 4:0 – finala vəsiqəni təmin etdilər.

Bununla belə, Kloppun Bakı ilə bağlı fikirləri ilə razı deyilik.

İlk növbədə qeyd edək ki, Bakı çoxdan mötəbər beynəlxalq turnir və yarışlara uğurla ev sahibliyi edir.

Azərbaycan paytaxtında mütəmadi olaraq müxtəlif idman növləri üzrə beynəlxalq turnirlər keçirilir.

Təkcə dünyanın ən bahalı və nüfuzlu idman növlərindən biri olan Formula-1 yarışını yada salmaq kifayətdir. Yarışın tamaşaçı auditoriyası bütün qitələri, Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrini əhatə edir.

Bundan əlavə Birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları, eləcə də gimnastika, güləş, cüdo, boks, şahmat yarışlarını qeyd etmək olar.

Və əminliklə demək olar ki, Avropa Liqasının finalının təşkilində, azarkeşlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar artıq diqqətlə düşünülüb.

“Qarabağ”ın Avropa meydanlarında uğurları

Klopp deyir ki, AL-nın finalının futbolun zəif inkişaf etmiş ölkələrdə keçirilməsi düzgün deyil.

Lakin elə FİFA-nın konsepsiyasına əsasən, futbol coğrafiyası genişlənməlidir. Misal üçün, 2020-ci ildən etibarən Avropa çempionatında 24 komanda (əvvəl 16), 2026-cı ildən etibarən isə Dünya çempionatında 48 komanda (əvvəl 32) iştirak edəcək.

Bundan əlavə Millətlər Liqası turniri təşkil olunub ki, bu da futbolun coğrafiyasının genişlənməsinə, daha zəif millilərin nüfuzlu turnirlərdə iştirak etməsinə kömək olur, bu ölkələrdə futbolun inkişafına təkan verir.

Əslində Azərbaycan futbolu da uzun müddət durğunluqdan sonra son 4-5 ildə kifayət qədər inkişaf edib.

Bunun üçün “Qarabağ”ın uğurlarını xatırlamaq kifayətdir.

2014-cü ildə etibarən Azərbaycan klubu “Qarabağ” Avropanın yaşıl meydanlarında öz gücünü göstərir.

Ardıcıl üç mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “atlılar” 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində iştirak edib.

“Arsenal”, “Çelsi”, “Atletiko Madrid”, “Roma”, “Sportinq” kimi Avropa nəhəngləri Bakıya gəlib.

Cari mövsümün finalçıları həm “topçular”, həm də “zadəganlar” artıq bir dəfə Bakıda oynayıblar.

AVRO-2020-nin oyunları

Bundan əvvəl qeyd etdiyimiz kimi, 2020-ci ildə keçiriləcək Avropa çempionatında 16 yox, 24 yığma komanda iştirak edəcək.

Turnirin təşkilatında da yenilik edilib. Belə ki, Avro-2020 Avroapnın 13 şəhərində keçiriləcək.

Turnirin dörd oyunu isə Azərbaycan paytaxtında təşkil olunacaq. Bunlarda 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır.

UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Bakı Olimpiya Stadionu

2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu (BOS) Avropa Liqasının finalı üçün tam hazırdır.

BOS “Dünyanın ən yaxşı yeni stadionu” nominasiyasında dəfələrlə mükafata layiq görülüb.

Stadion 70 minə yaxın azarkeş tutumuna malikdir.

Qeyd edək ki, final oyununun təşkili ilə bağlı keçirilmiş tenderdə üç şəhər iştirak edib – Sevilya, İstanbul və Bakı.

Klopp artıq bir dəfə Bakıda olub

2010-cu ildə Yürgen Klopp “Borussiya Dortdmund”un sükanı arxasında Bakıda “Qarabağ”a qarşı oyun keçirib. Avqustun 26-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhrəmov adına stadionda keçirilən qarşılaşma qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yerli azarkeşlər

Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da böyük klubların kifayət qədər azarkeşləri var.

Elə “Arsenal və “Çelsi”nin də. Bu onlar üçün bəlkə həyatlarında sevimli komandalarının oyununu canlı izləmək üçün düşən yeganə imkandır.

“Yürgen Kloppa qlobal futbol dəyərlərini fəal şəkildə yüksəltməyi, ölkələri və paytaxtları Avropa kuboklarının finalını keçirmək üçün layiq və layiq olmayanlara bölməməyi məsləhət görərdim. O, məşhur bir insandır və dünyada milyonlarla azarkeş onun fikirlərini dinləyir”.

AFFA-nın baş katibi Elxan Məmmədov
Klopp Bakıya necə gələ bilər?

Əvvəla qeyd edək ki, AZAL tərəfindən Avropa Liqasının finalı üçün 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London-Bakı-London uçuşlarını həyata keçirəcək.

Bundan əlavə, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil olunacaq.

AZAL-la klublar arasında əldə olunan razılığa əsasən əlavə çarter reyslərin də təşkil olunması istiqamətində danışıqlar aparılır.

Yəni Kloppun düşündüyü qədər çətin deyil. Sadəcə bilet alıb təyyarəyə əyləşib gəlirsən. Düzdür məsafə bir az uzaq ola bilər, avtobus və qatarla gəlmək alınmayacaq, ancaq baş məşqçi bundan da uzaq məsafələr uçub, misal üçün, Avstraliyaya. Azərbaycan isə mars deyil, Avstraliyadan da yaxındır.

Ölkəmiz həmişə qonaqpərvərliyi ilə seçilib, və yaxınlığından, uzaqlığından asılı olmayaraq bütün qonaqlara şaddır.(Oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar