Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

İsrail şirkəti hökumətlərə müxaliflərinin mobil telefonlarını izləmək imkanı verir

Camal Xaşuqçinin qətlinin təşkilində "WHATSAPP"dan istifadə olunub

Mehul Srivastava, Robert Smit

“Financial Times”, 14.05.2019

Keçən ay “Apple” “iPhone”-un “Gizlilik – Bu “iPhone”-dur şüarlı reklam kampaniyası gedərkən, məxfi bir İsrail şirkəti satıcılara bu gizliliyi aradan qaldırmaq üçün nəzərdə tutulmuş əhəmiyyətli bir yeniləmə təqdim edib.

Görüşün iştirakçısı olmuş bir şəxsin sözlərinə görə, “NSO Group”-un rəhbərləri cəsur bir iddia irəli sürüblər: “WhatsApp”-da yalnız bir qaçırılan çağırışla, “Pegasus” adlanan proqram sayəsində istənilən “iPhone”-un ən qaranlıq sirlərini öyrənmək mümkündür.

Qaçırılan zəngdən bir neçə dəqiqə sonra kompüter ekranında əks-olunan, telefonun şifrəli məzmunu ortaya çıxmağa başlayır. Daha sonra şəxsi bilgilər və ya harada olmağın barədə ən intim məlumatları geri göndərir və hətta kamera və mikrofonu canlı görüşə çevirir.

Proqramın özü yeni deyil, on il əvvəlki texnologiyanın ən son yenilənməsidir və elə güclüdür ki, İsrailin Müdafiə Nazirliyi belə onu satın alıb. Lakin anonim müsahibimizin sözlərinə görə, “WhatsApp” yeni “hücum vektoru”na çevrilib. “Satış baxımından əla nailiyyətdir”.

“NSO”-un dünyanın bütün ölkələrinə verdiyi şansla kiçik və zirək şirkətin qiyməti 1 milyard dollara çatıb. Qrupun bir neçə yüz mühəndisi iddia edir ki, dünyanın ən dəyərli şirkəti olan “Apple”-ın istənilən maneəsini adlamağı bacarırlar.

“Apple” bu məsələyə şərh verməkdən imtina edib.

Aprel ayında Londondakı bir investisiya təqdimatında, şirkət qürrələnib ki, “Apple” şirkətinin tipik təhlükəsizlik sistemləri “Pegasus” üçün heç nədir. “Apple” kimi şirkətlər tərəfindən təqdim olunan illik proqram yenilənmələrinə baxmayaraq, “NSO” şirkətinin yeni zəif cəhətləri müəyyənləşdirmək üçün “isbatlanmış təcrübələr”i var.

“NSO”-nun fəaliyyət meydançası genişdir: o, hökumətlərə bir zamanlar məhdud olan proqram təminatları almaq izni verib; əvvəllər İngiltərədə GCHQ və Amerikada Milli Təhlükəsizlik Agentliyi kimi ən inkişaf etmiş casus orqanları onu ala bilirdi.

Belə güclü və ziddiyyətli texnologiyaların satışı, həmçinin, İsrailə mühüm diplomatik vizit kartı verir. “Pegasus” vasitəsi ilə israillilər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Körfəz dövlətlərində, rəsmi və ya qeyri-rəsmi mövqeyə malik tərəfdaşlar tapmağa kömək edib. Hər iki ölkə rəsmi olaraq yəhudi dövlətinin mövcudluğunu rədd etsə də, indi İrana görə baş nazir Benyamin Netanyahunun cazibəsinə düşüblər.

İsrail hökuməti “NSO” ilə əlaqəsi barədə heç vaxt açıq danışmayıb. Ötən ilin noyabr ayında müdafiə naziri vəzifəsindən uzaqlaşdıqdan qısa müddət sonra “NSO” satışlarını tənzimləmək üçün məsuliyyət daşıyan Aviqdor Liberman deyib: “İndi bu məsələnin müzakirəsi üçün münasib vaxt olduğuna əmin deyiləm… Məncə, dövlətimizin təhlükəsizliyi, gələcək əlaqələri üçün məsuliyyət daşıyıram”. Sonra əlavə edib: “Bu gün bütün mülayim Ərəb Dünyası ilə əlaqə saxladığımız sirr deyil. Fikrimcə, bu, yaxşı xəbərdir”.

“NSO Group” bildirir ki, “Pegasus” terror hücumlarının qarşısını almaq, narkokartellərə sızma və qaçırılan uşaqları xilas etmək üçün onlarla ölkədə istifadə olunur.

Ancaq İsrail və Kiprdə şirkətə qarşı iki məhkəmə iddiasının qaldırılması, insan haqları qrupları tərəfindən araşdırmalar göstərir ki, proqramdan jurnalistlərin, müxaliflərin və hökumət tənqidçilərinin telefonlarına izləmək üçün istifadə edirlər.

Şirkətin nüfuzu artdığından Toronto Universitetindəki tədqiqatçılar “Pegasus”-u araşdırıb. Bəhreyn, Mərakeş, Səudiyyə Ərəbistanı və BƏƏ daxil olmaqla, onun 45 ölkədə istifadə olunduğu aydınlaşıb. Qrupun gəlirlərinin yarısı Yaxın Şərqdən gəlir, amma şirkət 21 Aİ ölkəsi ilə də müqavilələr bağlayıb.

“NSO” texnologiyası Yaxın Şərqdəki rəqabətdə qənimət silahı halına gəlib. İsraildəki məhkəmə prosesində qeyd olunub ki, bir “NSO” müştərisi – BƏƏ vətəndaşı şirkət nümayəndəsindən Qətər əmirinin, rəqib Səudiyyə şahzadəsi və Londondakı müxalif qəzet redaktorunun cib telefonlarının açarını qırmağı xahiş edib.

Səudiyyə rəhbərliyi tərəfindən İstanbulda “Washington Post” qəzetinin köşə yazarı Camal Xaşuqcinin öldürülməsi şirkətin daha dərindən araşdırılması ilə nəticələnib.

Səudiyyə hökumətinin Kanadada yaşayan tənqidçisi və Xaşuqcinin dostu Ömər Əbdüləziz iddia edir ki, telefonu “Pegasus” sistemi ilə izlənilib və jurnalistin vəfatından əvvəl onunla söhbətləri dinlənilib.

“NSO” bu iddianı, əlbəttə, təkzib edib, o, sistemin İsrail hökumətinin razılığı ilə satıldığını bildirib.

Şirkət şərh verməkdən yayınır. Lakin terror hədəfləri əvəzinə, müxaliflərə və ya jurnalistlərə nəzarət etmək üçün müştərilər tərəfindən istifadə olunan proqram təminatı məsələsində “NSO” müştərilərin topladığı məlumatlardan heç birini görmədiyini bildirir. Bunun əvəzinə, proqramda müntəzəm olaraq yenilənən təhlükəsizlik düyməsi quraşdırıldığını iddia edir.

Həmçinin, “NSO” son üç ildə hökumətin etik komitəsinin tələbi ilə 150 milyon dollar dəyərində potensial işdən və 250 milyon dollarlıq müqavilələrdən imtina etdiyini deyir.

Şirkətin tənqidçilərindən heç də hamısı bu bəyanatlardan təskinlik tapmır. Onlardan biri Qüdsdə yerləşən insan haqları müdafiəçisi, Ömər Əbdüləzizin və “NSO” əleyhinə iki iddia üzrə Meksika jurnalistləri və fəallar qrupunun vəkili Əlaa Məhəcnədir.

Şirkətin fəaliyyəti ilə tanış anonim mənbənin sözlərinə görə, “NSO” dünyanın istənilən yerində cib telefonlarını “hack” etmək bacarığına malikdir. Həmçinin, “WhatsApp”-dan istifadə edərək. İsrail hökuməti tərəfindən coğrafi proqram məhdudiyyətləri qoyulsa da, casus agentliyi nəzəri cəhətdən öz yurisdiksiyasından kənarda da telefonları izləyə bilər.

May ayının əvvəlində “WhatsApp” mühəndisləri “NSO”-un istismar etdiyi kodda olan zəifliyi aşkar edib və keçən həftə onu təmir etməyə başlayıb. Bazar ertəsi günü şirkət 1.5 milyard istifadəçisinə boşluğu dolduran yenilənmə ilə təmin edib…(Tərcümə: Strateq.az)

pia.az

Etiket:

Şərh yazın.

loading...