Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan paracüdoçuları Qran-prini 11 medalla başa vurublar

Yarışın ikinci günündə 6 dəst medal sahibini tapıb

Bakıda keçirilən paracüdo üzrə Qran-pri turniri başa çatıb.

Azərbaycan yığmasının üzvləri günü 2 medalla başa vurublar. Bunlardan biri gümüş, digəri bürünc olub.

Kişilərin 90 kq çəki dərəcəsində təmsilçilərimizdən Rövşən Səfərov finala kimi irəliləyib. O, beşinci – həlledici görüşündə iranlı Vahid Nouri ilə üz-üzə gəlib. Təəssüf ki, həmyerlimiz uğurlu seriyanı davam etdirə bilməyib. O, ikinci yerlə kifayətlənib.

+100 kq çəki dərəcəsində komandamızın lideri İlham Zəkiyev yarımfinala qədər irəliləsə də, finalın bir addımlığında büdrəyib. O, 3-cü yer uğrunda döyüşdə gürcüstanlı Revaz Çikoidze ilə qüvvəsini sınayıb. Zədələnməsi onun məğlubiyyətilə nəticələnib.

Qadınların 63 kq çəki dərəcəsində Xanım Hüseynova da çıxışını bürünc medalla başa vurub. O, üçüncü yer uğrunda qarşılaşmada Duyğu Seteyə (Türkiyə) qalib gəlib.

70 kq çəki dərəcəsində Zülfiyyə Hüseynova startda uduzsa da, təsəlliverici görüşdə qalib gələrək 3-cü yer uğrunda qarşılaşmada özbəkistanlı Vasila Alıboyeva ilə münasibətinə aydınlıq gətirib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

+70 kq çəki dərəcəsində çıxış edən Dürsədəf Kərimova bürünc medal uğrunda mübarizədə braziliyalı Rebekka Silva ilə qarşılaşıb. O da mükafatın bir addımlığında büdrəyib.

Beləliklə, yığmamız iki gün davam edən Qran-prini 3 qızıl, 4 gümüş və 4 bürünc medalla başa vuraraq, komanda hesabında ikinci yeri tutub. İlk pillə 4 qızıl və 4 bürünc medal qazanan Özbəkistana qismət olub. "Üçlüy"ü Ukrayna millisi (1-1-2) qapayıb.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar