Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş əzminə və qələbə ruhuna malikdir”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri, eləcə də hərbi psixoloqlarla görüşüb

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Müdafiə naziri cari ilin ötən dövründə döyüş və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini apararaq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Müdafiə naziri bildirib ki, ordu rəhbərliyi şəxsi heyətin Azərbaycançılıq ideyası ilə tərbiyə olunmasını diqqət mərkəzində saxlayır, Azərbaycan əsgərinin vətənpərvər ruhda formalaşmasını, Vətənə, dövlətə sadiq xidmət etməsini təmin edir. General-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycançılıq ideyasına, Heydər Əliyev irsinə yiyələnmiş şəxsi heyət yüksək döyüş əzminə və qələbə ruhuna malikdir, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir.

Orduda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışan Müdafiə naziri tərbiyə işinin də planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daima gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar