Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Facebook” canlı yayım siyasətini sərtləşdirib - Yeni qayda

“Facebook” sosial şəbəkəsi Yeni-Zelandiyanın Christchurch şəhərində baş vermiş terror aktından sonra canlı yayım siyasətini sərtləşdirib

Bundan sonra “Facebook” qaydaları pozan istifadəçilərin canlı yayıma çıxmasına müvəqqəti qadağa qoyacaq.

Sosial şəbəkə yaxın həftələrdə bu məhdudiyyətləri digər sahələrə də tətbiq etməyi planlaşdırır. “Facebook” ilk növbədə qaydaları pozan müştərilərin platformada reklam yerləşdirməsini də məhdudlaşdırmaq istəyir.

Xatırladaq ki, martın 15-də cümə namazı vaxtı Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yeni Zelandiyanın hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

Terrorçu, 28 yaşlı avstraliyalı Brenton Tarrant hücum anlarını videoya çəkərək sosial şəbəkələrdə canlı yayımlayıb. “Facebook” kompaniyasının məlumatına əsasən, hücumdan sonrakı 24 saat ərzində şəbəkədən 1,5 milyona yaxın video çıxarılıb(azərtac).

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar