Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq Rusiyadan “S-400” almaq niyyətindədir

İraq hökuməti Rusiya istehsalı “S-400” raket sistemləri almaq niyyətindədir

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi bildirib.

O, bu barədə sövdələşmənin yol xəritəsinin hələlik hazırlanmadığını diqqətə çatdırıb.

“Amerikalılarla mümkün problemlərə və bu problemlərin həllinə gəlincə, bunun üçün müvafiq diplomatik kanallar var”, - diplomat ABŞ-ın bu alış-verişi əngəlləyə biləcəyini şərh edib.

Xatırladaq ki, ABŞ hökuməti Türkiyə ilə Rusiya arasında “S-400”lərin tədarükünə dair hələ 2017-ci ildə imzalanmış müqavilənin yerinə yetirilməsini əngəlləyərək sanksiya tətbiq edəcəklərini, əvəzində Türkiyəyə F-35 qırıcı təyyarələrinin tədarükünü ləngidəcəklərini, yaxud tamam ləğv edəcəklərini açıqlayıb. Lakin Türkiyə tərəfi Rusiya istehsalı raketlərin idxalı məsələsində israrlıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar