Bunu Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb
Makedoniyalı İsgəndər, Çingiz xan və başqalarının İranı məhv edə bilmədikləri kimi, ABŞ prezidenti Donald Tramp da buna nail ola bilməyəcək.
M.C.Zərif əlavə edib ki, iqtisadi terror “İranın sonuna” səbəb olmayacaq:
“Heç vaxt bir iranlını hədələməyin. Hörmətlə yanaşın, bu metod effektivdir”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində bildirmişdi ki, İran müharibə istəyirsə, bu rəsmən onların sonu olacaq:
“Heç vaxt ABŞ-ı hədələməyin”. (Trend.az)
pia.az