Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisi italiyalı mütəxəssisin rəhbərliyi altında ilk matçı heç-heçə oynayıb

Qadın voleybolçular Covanni Kapraranın rəhbərliyi altında ilk oyununu keçirib

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası yeni baş məşqçisi Covanni Kapraranın rəhbərliyi altında ilk oyununu keçirib.

İtaliyalı mütəxəssisin yetirmələri Belarusun paytaxtı Minskdəki hazırlıq prosesi çərçivəsində bu ölkənin yığması ilə görüşüb.

Qızıl Avropa Liqasında eyni qrupda mübarizə aparan komandalar yoxlama oyununda qüvvələrini sınayıblar. “Çijovka Arena”da keçirilən görüşün ilk setində qələbə qazanan millimiz növbəti iki hissədən məğlub ayrılıb. Voleybolçularımız 4-cü setdə hesabı bərabərləşdirdikdən sonra tay-brek oynanılmayıb və görüş heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan və Belarus yığmaları arasında ikinci yoxlama oyunu sabah keçiriləcək.

Yoxlama oyunu
21 may
Belarus – Azərbaycan – 2:2 (20:25, 25:16, 25:18, 24:26) (ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar