Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Abbasovu kim həbs etdirib?-Video

10 min dollar maaş, zirehli maşın, cangüdən...

"Mənim Rusiyaya geri qayıtmağımdan ən çox narahat edən, mənə qarşı baş verənləri sifariş edən italyan vətəndaşı azərbaycanlı iş adamı Frank El Kapone - Füzuli Məmmədovdur”.

Bu sözləri Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov həbsindən bir neçə gün əvvəl özünün feysbuk hesabında yaydığı videomüraciətdə deyib.

O bildirib ki, F.Məmmədovla heç bir düşmənliyi yoxdur: "Mən bundan əvvəl də Füzuli bəyə müraciət etdim. Dedim, gəlin bu qarşıdurmanı dayandıraq, bir-birimizi ləkələməyək, bir-birimizə qarşı yayımlanan bu videoları dayandıraq. Yenə deyirəm, Füzuli bəy mənim düşmənim deyil, bir iş adamıdır. Və verdiyi pulun qarşılığını istəyir. Hətta bir neçə ay əvvəl bizim Misra TV-yə hədiyyə etdiyi planşeti dəfələrlə başıma vuraraq, deyib ki, mənə planşet alıb, onun qarşılığını verim”.

F.Abbasov deyib ki, Misra TV-yə bircə ədəd planşet bağışlamış olsa da, F.Məmmədov onun barəsində saxta məlumatlar yayır, onun aylıq 10 min dollarlıq maaşını, ofis xərclərini və digər texniki xərclərini özünün ödədiyini bildirir: "Mən ermənilər tərəfindən təzyiqə məruz qalanda Füzuli Məmmədov mənə zirehli maşın və cangüdən təklif etmişdi, lakin istəməmişdim, ancaq indi hər yerdə məni zirehli maşın və cangüdənlə təmin etdiyini iddia edir. Bu yalanlar nə üçündür, Füzuli bəy? Mən başa düşürəm ki, siz verdiyiniz pulun qarşılığında diaspor rəhbəri seçilmək istəyirsiniz. Baxmayaraq ki, sizin təşkilatınızın heç bir hüquqi statusu yoxdur, özünüzü Rusiyadakı azərbaycanlıların prezidenti kimi tanıdırsınız. 50-55 nəfəri Rusiyaya gətirib yedirib-içirib, özünüzü azərbaycanlıların lideri kimi aparırsınız”.

Jurnalistin sözlərinə görə, "Azərros” rəhbəri Mehriban Sadıqovaya qarşı çıxmaq barədə tələbini yerinə yetirmədiyi üçün F.Məmmədov onun barəsində kampaniya başladıb.(Bakupost.az)

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar