Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı ilə bağlı prezidentə açıq məktubla müraciət edildi

Zərdab rayonunun bir qrup sakini ölkə rəhbərliyinə açıq məktub ünvanlayıblar

“Yeni Sabah” xəbər verir ki, sakinlər rayonda baş verən qanunsuzluqlar və icra başçısı ilə bağlı şikayətlərini dilə gətiriblər.

Müraciətdə bildirilir ki, 12 ildir ki, Zərdabın icra başçısı vəzifəsində olan Babayevin fəaliyyəti nəticəsində rayonun hansı vəziyyətə düşdüyünüü aydın görmək olar. “Bütün idarə, müəssisə işçilərinin əmək haqqısından hər ay pul tutulub Lütvəli Babayevə verilir. Hər bir məktəbdən ayda 1000 manat pul yığılır. Hər bir müəllim maaşından direktora verir ki, icra başçısına verilsin. “DOST” MMC-nin xətti ilə rayon sakinlərinin adı işə yazdırılıb maaş kartlarının çox hissəsini Lütvəli Babayev cibinə qoyub. Şəhərin mərkəzini zibilliklər basıb, kanalizasiya sistemi tam bərbad, mərkəzi küçə yolları istifadəyə yararsız halda, bazarda, küçələrdə antisanitariya hökm sürür”.

Müraciət müəllifləri qeyd ediblər ki, abadlıq-quruculuq işlərinə görə Zərdab rayonu digər rayonlarla müqayisə olunası deyil, heç bir iş görülməyib: “Lütvəli Babayevin tam savadsız olmasını nəinki bütün zərdablılar, hətta bütün Azərbaycan əhalisi bilir. Onun kənd yolu ilə gələn zaman özgəsinin hind quşlarını tutması, yığıncaqda Qarabağa aid məlum savadsız çıxışını (yutubda var), mərhum qadının qəbrinə baxıb şəkildən həzz almasını, aprel şəhidinin ailəsinə verilmiş 500 manat pulu onların əlindən almasını, vətəndaşların mülkiyyətini başqa imkanlı şəxslərə saxta sənədlərlə satmasını, qəbul zamanı vətəndaşlarla kobud rəftar edib onları ələ salmasını ölkə mətbuatında hamı oxuyub.

Bu adam necə özünə arxayındır ki, yığıncaqların birində deyib ki, razılıq alınıb yaxın gönlərdə qonşu Ucar rayonuna icra başçısı vəzifəsinə təyin olunacam, ancaq buna baxmayarq Zərdabı da mən idarə edəcəm.

Biz zərdablılar inanırıq ki, prezident cənab İlham Əliyev yaranmış bu xoşagəlməz vəziyyəti özü şəxsən araşdırıb insanlara zülm verən, talançılıqla məşğul olan və savadı olmayan Lütvəli Babayevin barəsində ciddi tədbirlər görəcək”.

Məktubu imzalayanlar:

Abdullayev Rasim Tapdıq oğlu

Əliyev Famil Ağayusif oğlu

Ağayeva Səmayə Xalis qızı

Qəhrəmanova Fatma Kamal qızı

Səmədov Ramil Fəyyaz oğlu

Quliyev Bəturə Osman qızı

Babayeva Güllü Ağamusa qızı

Dadaşov Bəxtiyar Zeynal oğlu

Talıbova Təhminə Nəriman qızı

Musayev Əli Mövsüm oğlu

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar