Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçikanın sabiq baş naziri “Putinin həvariləri”ndən yazdı

Qay Verhofstadt

“Project Sydicate”, 21.05.2019

Mayın 18-də Avropanın sağçı liderləri Avropa Parlamentinə keçiriləcək seçkilərdən öncə mitinq üçün Roma şəhərində toplaşıblar. İştirakçılar arasında Fransanın Milli Rallisindən Marin Le Pen, Hollandiyanın Azadlıq Partiyasından Girt Vilders, habelə Danimarka Xalq Partiyası, Finlandiya Partiyası, “Alternativ für Deutschland” (“Almaniya üçün Alternativ”) və Flaman Millətçi Partiyasından Vlaams Belanq görünüb. Bu partiyaların, demək olar ki, hamısı İtaliya baş nazirinin müavini Matteo Salvininin planlaşdırdığı yeni sağçı parlament qruplaşmasına – Avropa Xalqları və Millətlər Alyansına qatılıb.

Salvini Romadakı mitinqdə gələcək seçkiləri “qitəni uzun illər xainlərin Brüsseldə təşkil etdiyi təhqiramiz işğalından azad etmək üçün tarixi an” adlandırıb. Onun özlərinə görə, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və xeyriyyəçi Corc Soros “Avropada yüksək maliyyə hədləri və nəzarətsiz miqrasiya rejimi qurublar”. Salvini yeni “Brexit” Partiyasının lideri Naycel Faracı da Avropa Parlamentində görmək istədiyini deyib.

Amma Salvini və onun yeni müttəfiqləri başqa birini də gözləyirlər. Avropanın sağçı populist liderlərini avroskeptisizm və ksenofobiyaları ilə yanaşı, Rusiya prezidenti Vladimir Putinə pərəstiş birləşdirir. İctimai açıqlamalarından bu nəticə çıxır ki, onların hamısı Kremldə hazırlanıb – Putin əlaltılarının “Vaşinqtonun liderlik etdiyi Brüssel elitası” haqqında daim şikayət etdiyi məkanda.

İllər boyu sağçıların Avropa Parlamentində “anti-Rusiya” olaraq görülə biləcək istənilən qətnaməyə necə səs verdiyini müşahidə etmişəm, hətta keçən il İngiltərənin Solsböri şəhərində kimyəvi hücuma görə Kremli qınayan sənədə. Farac və Salvininin Liqa Partiyasından olan deputatlar da daxil olmaqla, “vətənpərvərlər”, əsasən, Avropa İttifaqı daxilində Rusiyanın “beşinci sütun”una çevrilib. Əgər bu həftə onlar say üstünlüyü ilə seçilərsə, kremlpərəst təbliğatın davam edəcəyinə əmin olun. Avropanın ümumi çağırışlara cavabvermə qabiliyyətini aşağı salmaq üçün bu adamlar əllərindən gələni edəcəklər.

Avropanın sağçı siyasətçilərinə sədaqət əvəzinə, rusların maliyyəsi, habelə Rusiya sosial media trolları və təbliğatının köməyi təklif edilib. 2014-cü ildən etibarən, Le Penin partiyası bir Rusiya bankından kreditlər alıb; Salvininin partiyasına builki Avropa Parlamentində keçiriləcək seçkilər üçün 3 milyon avro (3,4 milyon dollar) təklif edildiyi bildirilib. Hətta bu yaxınlarda Azadlıq Partiyasının (FPÖ) rəhbəri, Avstriya vitse-kansleri Hayntz-Xristian Ştraşenin hökumət müqavilələri əvəzinə, Rusiyadan seçki yardımı tələb edən videosu üzə çıxıb. Avstriya hökuməti çöküb, amma bunun xəyanət aysberqinin yalnız görünən tərəfi olduğunu düşünmək üçün səbəb var.

Rusiya pulları, dəstəyi və seçkilərə müdaxiləsi artıq Avropa populistlərinə və millətçilərinə uzun bir yol açıb. İtaliyada koalisiya hökumətini kiçik tərəfdaşı olan Liqa indi ölkənin hakim siyasi qüvvəsidir. Böyük Britaniyada Farac Boris Conson və digər “Brexit” liderləri ilə birlikdə, ölkəsini Aİ-dən çıxarmağa müvəffəq olub. Fransada Le Pen əsas siyasətçi halına gəlib. Atası, sağçı lideri Jan-Mari Le Pen bunu ancaq yuxuda görə bilərdi.

Bundan başqa, “Putin həvariləri”nin ən uğurlu olduğu ölkələrdə seçicilər həmişəkindən daha çox qütbləşib. “Brexit” referendumundan bəri Böyük Britaniyanın ənənəvi partiya sistemi parçalanıb və ölkə zəifləməsinə dair heç bir əlamətin olmadığı görünən mədəniyyət müharibəsinə bürünüb. O, Avropa masasında yerini itirib və kabusa çevrilib. Henri Kissincerin təbirincə, ABŞ və Çin hökumətləri Avropanı zəng etmək istədikdə, indi London deyil, Paris və Berlinin nömrələrini yığır.

Qərb cəmiyyətlərini bölmək və bir-birinə qarşı qoymaq Rusiya təhlükəsizlik strategiyasının əsas amilidir. Böyük Britaniya özünü məhv etmək yolu ilə gedəcəkmi?

Avropanın və Qərbin gələcəyi Putindən deyil, Avropa seçicilərindən asılıdır.

Bu seçicilərə göndərdiyim mesajım sadədir: Putinin kuklalarından birinə çevrilməyin. Bülleteninizi qutuya atarkən, Avropa eyniyyətinizdən qürur duyun. Avropa layihəsinin məhv edilməsinə yox, onun yenilənməsinə səs verin. Bu, Kremlin Aİ-yə qarşı kölgə müharibəsinin qarşısını almaq şansımızdır.

Birlikdə çalışmaqla, Avropanın gələcəyinə nəzarəti saxlaya bilərik. ABŞ, Çin və Hindistanla yanaşı, beynəlxalq səviyyədə bir yerə sahib olmaqdan ötrü, ilk növbədə, Avropa Putinin Rusiyasını görə bilməlidir.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar