Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda şagirdinə sataşmaqda ittiham olunan yaşlı müəllimi döydülər - Video

Cəlilabad rayonunda yaşlı kişinin döyülməsilə bağlı video yayılıb

Sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi yaşlı kişi bir neçə şəxs tərəfindən vəhşicəsinə döyülür. Yaşlı kişinin əlləri bağlanıb. Onu döyən şəxslər kişini təhqir edirlər.

Bildirilir ki, döyülən kişi Cəlilabad rayonunda məktəblərin birində müəllim işləyir. Deyilir ki, guya həmin müəllim şagirdlərdən birinə əxlaqsız təklif edib. Əxlaqsız təkliflər edilən qızın dayısı da həmin müəllimi döyür.

Məsələ ilə bağlı Cəlilabad Təhsil İdarəsilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, həmin məsələ ilə bağlı sosial şəbəkələrdən və mətbuatdan xəbər tutublar.

“Hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra dəqiq məlumat vermək olar”, - deyə qurumdan bildirilib.

Hüquq mühafizə orqanlarından isə bildirdilər ki, məsələ ilə bağlı şikayət və məlumat daxil olarsa araşdırma aparılacaq:

"Video yayılanda və şikayət daxil olanda müvafiq orqanlarda araşdırma aparılır. Ola bilər video köhnədir və s". (BAKU.WS)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar