Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar banklar 27 may – 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

ONA-nın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək. 9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcək.

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu linkdən tanış olmaq olar.

Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata tərəfindən istifadəyə verilmiş İ-MAP informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradılıb. İstifadəçilər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat bu linkdən əldə edə bilərlər.

Final oyunu ərəfəsində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və ya problemlə bağlı Palatanın qaynar xəttinə (+99450 8390782) müraciət edə bilərlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar