Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Kuşnerin sülh planı: Niyə gələcək müqavilənin yalnız iqtisadi hissəsi açıqlanır?

Omri Nahmias

“The Jerusalem Post”, 24.05.2019

Bazar günü Bəhreyndə keçiriləcək seminarda 25 iyun tarixli sülh planının iqtisadi hissəsi açıqlanmalıdır. Administrasiya planı iyunun 10-da ortaya qoyacağını bildirmişdi. Lakin gözlənilmədən gələcək sülh müqaviləsi üçün təməl hazırlamağı nəzərdə tutan planın yalnız yarısının açıqlanacağını bildirib.

Son inkişaf Kapitoli Təpəsində bəzi qarışıqlıqlara səbəb olub: Sənəddə nə var? Administrasiya niyə iki ayrı-ayrı plana malik olmalıdır? İqtisadi sahəyə diqqət yetirmək qərarından nə öyrənə bilərik?

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan senator-demokrat Kris Mörfi “Jerusalem Post”-a bildirib: “Regionda sülhü bərqərar etmənin həm iqtisadi, həm də əhəmiyyətli siyasi komponenti olmalıdır. Mənim narahatlığım ondan ibarətdir ki, administrasiya fələstinliləri heç bir ciddi siyasi güzəştlər olmadan masa arxasına oturda biləcəyini düşünür. Gözləntilər olduqca aşağıdır”.

Digər tərəfdən, Vaşinqtonda olan bir çox sağçı və solçu insanı mövcud atmosferin münaqişəni sona çatdırmağı nəzərdə tutan mürəkkəb planı işə salmaq üçün münasib olub-olmadığı maraqlandırır.

Mörfi deyib: “Ümid edirəm ki, fələstinlilərin dərhal rədd edəcəyini bildikləri planı tam açıqlamayacaqlar. Məncə, fələstinlilərin dərhal kənara qoyacağı planı açıqlamamaq daha düzgün olar”.

Senatın Məhkəmə Komitəsinin sədri respublikaçı senator Lindsi Qraham bildirib ki, fələstinlilərin iqtisadi seminarda iştirak etməkdən imtinası onların təpkisini göstərəcək. “Əgər iqtisadi hissədə işləmək istəmirsinizsə, bu, siyasi hissədə də işləməmək istəyini bildirir”.

Qraham administrasiyanın israillilərin Fələstin rəhbərliyi ilə sülh müqaviləsini imzalayacağına şübhə ilə yanaşır.

“Yol xəritəsi fələstinlilərin gündəlik həyatını yaxşılaşdırmalıdır və ümid edirəm ki, Fələstin rəhbərliyi İsraillə biznes münasibətləri qura biləcək”.

Onun sözlərinə görə, iqtisadi planın vaxtında açıqlanması düzgün qərardır.

“Fələstinlilərin həyatlarını yaxşılaşdıracaq iqtisadi plana görə administrasiyaya təşəkkür edirəm. Fələstinlilər bu fürsəti əldən buraxmamalıdır”.

İsraillilərlə fələstinlilər arasında sülh mühiti yaranmasa da, İsraillə Körfəz ölkələri arasında regional məsələlər üzrə beynəlxalq konfransın keçirilməsi uğurdur. Senator Mörfi etiraf edir ki, “ABŞ və Körfəzdəki tərəfdaşları Körfəz ölkələri ilə İsrail arasındakı gərginliyin azalması rəyindədir”.

“Bu yaxınlara qədər Körfəz ölkələri İsrailin maraqlarına açıq şəkildə düşmənçilik edirdi. İndi onlar regionda sülhün bərqərar olmasına kömək etmək üçün pul xərcləməyə hazırdırlar. Kimsə regionda siyasətin necə dəyişdiyini şübhə altına almır və baş nazir Binyamin Netanyahunun bu dəyişiklikdə işdə böyük rolu var”.

Bu arada, sülh qrupunun plan haqqında ətraflı məlumat verməkdən çəkinməsinə görə Konqresdə məyus olanlar var.

Yaxın Şərq, Şimali Afrika və Xarici Əlaqələr Komitəsində beynəlxalq terrorizm alt komitəsinin sədri, demokrat Ted Döyç deyib: “Konqres onu inkişaf etdirmək üçün sülh prosesində administrasiya ilə birlikdə işləməkdir. Biz bunu ümid edirik. Ümid edirəm ki, plan açıqlanmazdan əvvəl onu müzakirə etmək üçün eyni fürsətə sahib olacağıq”.(Tərcümə: Strateq.az)

pia.az

Etiket:

Şərh yazın.

loading...