Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Turizm obyektlərində qiymətlər od tutub yanır... - Səbəblər

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır

Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib.

Buna baxmayaraq turizm obyektlərində qiymətlərin həddən artıq baha olması ölkə vətəndaşları arasında müəyyən narazılığa səbəb olur. İnsanlar düşünür ki, bölgələrə üz tutmaqdansa, xarici ölkəyə gedib istirahət etmək daha məqsədəuyğun olar.

Bununla bağlı Modern.az-a danışan Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı düşünür ki, bölgələrdə olan turizm obyektlərinə məmurların birbaşa müdaxiləsi qiymətlərə də təsir göstərir:

“Turizm obyeklərində qiymətlərin baha olmasının müxtəlif səbəbləri var. Məsələn, Türkiyədə dövlət səviyyəsində turizm obyektlərinə dəstək verilir. Azərbaycanda da prezidentin xüsusi sərəncamları bu dəstəyi ifadə edir. Yerli məmurlar isə müəyyən problemlər yaradır . Əgər turizm obyektlərinə yerli icra hakimiyyətləri qayğı ilə yanaşsa, onların işlərinə qarışmasa qiymət bahalaşması da olmaz”.

Ekspert xüsusilə vurğulayıb ki, yerlərdə inhisarların olması da qiymətlərin baha olmasına səbəb olur:

“Bu inhisarlar da imkan vermir ki, qiymətlər ucuzlaşsın. Vətəndaşlara elə də yüksək səviyyədə xidmət göstərilmir. Xidmət səviyyəsi əlbəttə Türkiyədəki kimi yaxud turizmin inkişaf etdiyi ölkələrdəki formada olmasa da, əvvəlki illərə nisbətən müsbətə doğru addımlayır.

Ən yaxşı turizm obyektlərinin adlarını çəkə bilərəm. Məsələn, Qəbələ, Quba, Şəki və həmçinin cənub bölgəsinin turizm obyektləri yaxşı inkişaf edib. Digər bölgələrin də inkişafını görmək istərdik”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar