Çərşənbə, 19 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ABŞ - İran gərginliyi fonunda Vaşinqtonun əsas hədəfləri...

ABŞ-ın Yaxın Şərqdə əsas hədəfi - Qərbi Asiya Birliyiyinin ortadan qaldırılması və yenidən doğulan İkinci İsrail...

Yunus Soner
“Aydınlık” qəzeti, Türkiyə, 24 may 2019-cu il

Hörmüz boğazından Bəsrə Körfəzinə, Fəratın Şərqindən Suriyanın şimal-qərbinə və Aralıq dənizinin şərqinə çatan region son vaxtlarda ABŞ-ın İrana qarşı etdiyi təhdidlərlə sarsılıb.

2018-in mayında İranla Ortaq Əhatəli Hərəkət Planından geri çəkilən ABŞ İrana qarşı embarqo tətbiq etdikdən sonra, bu dəfə də hərbi hücumlarla təhdid edib.

ABŞ İranın regional vəziyyətinə təsir etmək istəyir

1 il əvvəl Xarici İşlər naziri Pompeo ABŞ-ın İrana qarşı olan tələblərini 12 maddədə izah edib. Sözügedən 12 maddə nüvə silah razılaşmasının tam tətbiq olunması və İranın regional təsirinin qırılması kimi də izah oluna bilər.

Obamanı “çox pis bir sövdələşmə etdiyi üçün” tənqid edən Tramp hökuməti sələfinin tələblərinə əlavə olaraq İranın Yəməndə Husilərə, Livan və Suriyada Hizbullah və Həmasa, İraqda şiə milislərinə, Əfqanıstanda Talibana və dünya miqyasında Əl-Qüds qüvvələrinə verdiyi dəstəyin kəsilməsini yeni bir tələb kimi irəli sürüb (Pompeonun “Heritage” Vəqfindəki nitqi, 21 may 2018-ci il).

ABŞ-ın İran üzrə Xüsusi Nümayəndəsi Brayn Huk da “Voice of America” (Amerikanın səsi) kanalına verdiyi reportajda bildirib ki, əvvəlki müqavilə nüvə silahlanması ilə məhdudlaşdırılıb, indi isə “İranın regional təcavüzkarlığı” nəzərə alınaraq İranın müxtəlif ölkələrdə dəstəkləndiyi qüvvələr haqqında müzakirələr gedə bilər (9 may 2019-cu il, Voice of Amerikca).

Suriya və İraq: İkinci İsrailin təhlükəsizliyi

ABŞ-İran gərginliyində Türkiyənin milli təhlükəsizliyi baxımından ən önəmli region, şübhəsiz, Suriyadır. İranın dəstəklədiyi milis qüvvələri Suriyada əsas olaraq Suriyanın şərqində PYD/PKK bölgəsinə təzyiq göstərir.

Bu qüvvələr Suriya və İraq arasındakı əlaqəni qorumaq üçün Suriya ordusu ilə birlikdə Dəyr-əz-Zorun cənubunda həm ABŞ qüvvələrinə, həm də PYD ünsürlərinə qarşı toqquşmaya girir və hərbi təzyiq göstərirlər.

Məsələn, ABŞ-ın Suriya üzrə Xüsusi Nümayəndəsi Ceyms Cefri 22 may 2019-cu ildə Nümayəndələr Məclisində verdiyi hesabatda bildirib ki, ölkəsinin Suriyadakı əsas məqsədlərindən biri İranın dəstəklədiyi qrupların Suriyadan çıxarılmasıdır.

İraqda isə Həşdi Şəbi və ona bənzər qüvvələrin Barzanistan referendumundan sonra İkinci İsrailin əngəllənməsi və İraqın bütünləşməsı üçün oynadıqları rol və xüsusilə də, Kərkükdəki hərəkatları ABŞ tərəfindən qeydə alınmışdır.

Dolayısı ilə, ABŞ-ın İrana qarşı davam edən təhdidləri həm İraq, həm də Suriyada kürd muxtar bölgələrinin təhlükəsizliyi ilə bağlı ola bilər.

AKP hökumətinin səssizliyi

AKP hökumətinin ABŞ-İran gərginliyində bu günə qədər göstərdiyi səssizlik olduqca təəccüblüdür.

Xarici İşlər Nazirliyi Nümayəndəsi Hami Ağsoy 17 mayda verilmiş bir suala “12 may 2019-cu il tarixində Oman Körfəzində 4 ticarət gəmisinə qarşı keçirilmiş təxribatla bağlı xəbərləri narahatlıqla izləyirik. 14 mayda Yəməndəki Huti milisləri tərəfindən Səudiyyə Ərəbistanının 2 neft təsisinə qarşı olan hücumu da qınayırıq”, deyərək cavab verib.

Hökumətə yaxın olan yazıçılar ABŞ-İran gərginliyini “ərəb-fars müharibəsi” kimi qiymətləndirərkən (məs. İbrahim Karagül, “Yeni Şafak”, 14,17,21 may 2019-cu il tarixli yazıları), AKP Sözçüsü Ömər Çelik mayın 22-də: “Bölgə öz miqyasına nisbətdə çox böyük bir gərginliklə üz-üzə qalıb. ABŞ-İran xəttində yaşanan gərginlik Yəmən, İraq və Əfqanıstanda təzyiqin yüksəlməsinə səbəb olub. Bu, son dərəcə təhlükəli bir mənzərədir”,- deyib.

Halbuki, ABŞ/PKK cəbhəsinin həm Suriya, həm də İraqda zəiflədilməsi, Astana İttifaqının gücləndirilməsi və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün Türkiyənin ABŞ qarşısında dəqiq və qərarlı bir mövqe nümayiş etdirməsi önəmlidir.

ABŞ-ın hücum hədəfi: Qərbi Asiya Birliyi

ABŞ-ın İranı zəiflətmək cəhdləri təkcə İranı deyil, Qərbi Asiyanın bütün hürriyətçi və antiimperialist/antisionist qüvvələrini də hədəf alır.

ABŞ-ın təzyiqlərinə sinə gərmədən nə Fələstin məsələsini müdafiə etmək olar, nə İkinci İsrailin qarşısını almaq olar, nə də ki, Türkiyənin Şərqi Aralıq dənizindəki maraqlarını müdafiə etmək mümkün olar.

Türkiyənin milli maraqları Vətən partiyasının Qərbi Asiya Birliyi proqramını gündəmə gətirmişdi. Tramp hökumətinin hədəf aldığı əsas məsələ məhz bu proqramdır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


loading...