Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamentdən Araz Əlizadə ilə bağlı açıqlama

PİA.az bildirir ki, Milli Məclisin deputatı Araz Əlizadə Rusiyada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovla bağlı “Yenicağ.az”ın suallarını cavablandırıb

O, Fuad Abbasovun Türkiyə vətəndaşı olduğunu əsas gətirərək, onun adıçəkilən ölkəyə getməsini bildirib.
Həmçinin deputat, Fuad Abbasovun Rusiya telekanallarının tok-şoularına çıxmasını Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə əlaqələndirib.

“Yəqin ki bu, Poladın (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu – red.) xidmətidir. Onu Rusiya telekanallarının tok-şoulurına bizim səfirimiz Polad soxmuşdu… Rusiya televiziyaları Polada müraciət etmişdilər ki, bizim verilişlərdə erməni politoloqlar çox olsa da, azərbaycanlılar yoxdur. Xahiş edirik ki, azərbaycanlı politoloqları bizə təqdim edəsiz. Polad Bülbüloğlu isə onlara belə təqdimat vermişdi ki, rusdilli Azərbaycan politoloqları yoxdur, amma Türkiyə vətəndaşı olan Azərbaycan əsilli politoloq var. Onu göndərmişdi”

Modern.az saytı deputatın səsləndirdiyi fikirlərlə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyevin mövqeyini öyrənməyə çalışıb.

Araz Əlizadəyə növbəti dəfə aşağılayıcı fikirlərinə görə İntizam Komissiyasında töhmət verilə bilərmi?

İntizam Komissiyasının sədri Ağacan Abıyev bu barədə danışmaq istəmədiyini deyib:

“Dəfələrlə demişəm. Telefonla verilən sualları cavablandırmıram. Bu cür məsələlərlə bağlı cavab vermək üçün Komissiya sədri işin içərisində olmalı, hər şeyi obyektiv formada ölçüb-biçməlidir. Mənim isə əlimdə tərəzi yoxdur ki, sizin dediyiniz məsələyə dərhal cavab verim. Ona görə də, əziz jurnalist dostlarımız, bu cür məqamlarda məni anlamağa çalışın! Hər bir hadisəyə dərhal telefonda cavab vermək olmaz”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar