Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın İlham Əliyevə məktubundakı – Dəstək mesajı

28 May - Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə xarici həmkarları tərəfindən göndərilən məktubların elə ilkin təəssüratı ölkə rəhbərimizin və ümumilikdə dövlətimizin yüksək beynəlxalq nüfuzunu aydın göstərir

Azərbaycan” qəzeti yazır ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Dövlətlərimiz arasında ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub qaz dəhlizi” təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində sizin liderliyinizi dəyərləndirirəm”, - deyə İlham Əliyevə münasibətini ifadə edir.

Ardınca isə İlham Əliyevin islahatlar kursuna tam dəstəyini ifadə edir: "Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq”.

ABŞ Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində İlham Əliyevin iştirakını təqdir etməsi də mühüm münasibətdir: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik”.

Maraqlı məqam odur ki, ABŞ Prezidenti Donald Tramp İlham Əliyevlə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirsə də, bunu yetərli saymır və "tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram” diləklərini çatdırır.

Dünyanın nüfuzlu liderləri tərəfindən göndərilən digər təbriklərdə də Azərbaycan Prezidentinə və respublikamıza dəstək bildirilir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 il ərzində davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir, xalq sülh və rifah içində yaşayır, ölkənizin beynəlxalq statusu və nüfuzu daim artır. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Bu yaxınlarda II "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində biz sizinlə əhəmiyyətli görüş keçirdik və bir sıra razılıqlar əldə etdik”, - deyə yazır.

Çin rəhbərinin "Ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və bütün sahələrdə əməkdaşlığın daha yeni pilləyə yüksəlməsi üçün sizinlə birgə səylər göstərməyə hazıram” fikri isə dünyanın ən qüdrətli ikinci iqtisadi-siyasi fövqəlgücü olan dövlətin İlham Əliyevə aşkar dəstəyi və etimadıdır.

Ümumiyyətlə, İlham Əliyevə ünvanlanan təbrik məktublarında onun liderlik bacarığı, idarəçilik istedadı və son islahatlar kursunun uğurlu gedişi xüsusi vurğulanır.

Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təbrikində "Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirik” yazır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəmizin uğurlarının davamlılığını məhz İlham Əliyev amili ilə əlaqələndirir: "Dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir”.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani isə "İnanıram ki, Azərbaycan Respublikası sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır” yazır.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev "Bu gün Azərbaycan rəqabətqabiliyyətli, dinamik inkişaf edən dövlət kimi iqtisadi, sosial və mədəni-humanitar sahələrdə nailiyyətləri ilə dünya birliyində layiqli yer tutur. Bununla əlaqədar olaraq arzu edirəm ki, ölkəniz sizin rəhbərliyiniz ilə daha intensiv inkişaf etsin və xoş məramlarına çatsın”, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi "Xalqınızın ümid və arzularının həyata keçirilməsində sizin uğurlarınızın davamlı olmasını ürəkdən arzulayıram” səmimi arzularını çatdırırlar.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin İlham Əliyevin qlobal miqyasda islam həmrəyliyinə verdiyi töhfələri yüksək, əvəzsiz qiymətləndirir: "Əminəm ki, zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və islam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək”.

Rusiyanın Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozovun təbrikini isə yüz minlərlə sakinin təşəkkürü kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin təşəbbüsü ilə vilayətdə həyata keçirilən layihələrin Həştərxanın simasını dəyişdirdiyini etiraf edən S.Morozov "Bu layihələr sizin şəxsi dəstəyiniz sayəsində mümkün olub. Buna görə sizə bütün həştərxanlılar adından dərin minnətdarlığımızı bildirirəm” yazır.

Ümumilikdə isə Prezident İlham Əliyevə ünvanlanan məktubların coğrafi miqyası nə qədər genişdirsə, qarşılıqlı əməkdaşlığın dərinləşməsinə ifadə olunan ümidlər daha böyükdür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar