Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyludan ABŞ-a kəskin mesajlar: "İllərdir qazandıqlarımızı bir gəcədə almaq istəyirlər"

İstanbulda bir dərnək tərəfindən təşkil edilən toplantıya qatılan Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu maraqlı açıqlamalar verib

Türkiyə mətbuatı xəbər verir ki, o, Rusiyadan alınacaq S-400 raketləri ilə bağlı yaranmış mübahisə ilə bağlı suallara cavab verərkən, ABŞ-ın ünvanına sensasion ittihamlar səsləndirib.

Soylu deyib ki, həmin silahlar mütləq alınmalıdır. Çünki sabah Türkiyənin hansısa nöqtəsinə uzaqmənzilli raketlə hücum edə bilərlər:

“İndi mən soruşuram: almayaqmı S-400-ləri? Bəs hanı müstəqillik, hanı azadlıq?

Bu gün imkanımız oldu, bu gün ala bilirik. Dünən imkanımız yoxdu. Sadəcə, pul imkanı deyil, özgüvənimiz və gücümüz yox idi, ancaq bu gün tam anlamı ilə var. Allah eləməsin, Türkiyənin hər hansı bir nöqtəsinə uzaqmənzulli raketlə hücum edə, vura bilərlər. Ona “eyvah” naləmiz pulla ölçülməz, fayda verməz”.

Çıxışını davam etdirən Süleyman Soylu daha sonra ABŞ-ın bir müddət əvvəl ona və digər nazirə sanksiya tətbiq etməsinə də toxunub: “Amerika mənimlə ədliyyə naziri Abdulhamid bəyi təcavüzçülərin, terrorçuların siyahısına daxil etdi. Dərdləri sadəcə biz, iki adam idi yəni? Bunu biz 15 iyul çevrilişə cəhd günün sabahı “Bu çevriliş cəhdinin arxasında Amerika vardır” dediyimiz üçün etdilər?

Xeyir. Dərdləri Türkiyədir. Demek istəyirlər ki “Patron mənəm, sənə istədiyimi edərəm”. ABŞ-ın dediyi budur. O zaman təslim olağın, mücadilə etməyək. Bu gün biz təslim olma vaxtini geçdik, bu gün bizim dirənmə, durma vaxtımızdır. Bir maliyyə cədvəli ilə yıxılan, devrilen Türkiyədə bizi bir gecədə 100 faiz kasıblaşdırdılar. İndi də onu istəyirlər bizdən. Biz isə dirənirik. İllərdir qazandıqlarımızı bir gəcədə almaq istəyirlər. Biz də vermək istəmirik. Bütün mücadilə budur, bütün qovğa budur”. (Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar