Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

ABŞ və Çin arasında ticarət mübahisələri müzakirə edilir

G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri Yaponiyanın qərbində yerləşən Fukuoka şəhərində danışıqların ikinci gününə başlayıblar

Diqqət mərkəzində duran əsas məsələ ABŞ və Çin arasında davam edən ticari disputun zəifləməsi üçün nümayəndələrin vahid mövqe nümayiş etdirməsidir.

Danışıqların birinci günündə iştirakçılar dünya iqtisadiyyatının vəziyyəti və perspektivlərini müzakirə ediblər. İştirakçıların çoxu ABŞ və Çin arasında kəskinləşən ticari qarşıdurma nəticəsində risklərin artmasından narahatlıq ifadə ediblər.

Görüşə sədrlik edən ölkə olaraq Yaponiya ticari və digər disbalansların çoxtərəfli çərçivələr daxilində tənzimlənməsinə nail olmağın mümkünlüyünü qeyd etməyə çalışır.

Görüş çərçivəsində G20 ölkələrinin maliyyə liderləri informasiya texnologiyaları sahəsində çalışan qlobal şirkətlərin məlumatların transsərhəd ötürülməsi nəticəsində qazandıqları böyük gəlirlərə yeni vergi qaydalarının tətbiqini müakirə etməyi planlaşdırırlar. (Azərtac)

pia.az


Şərh yazın.

loading...