Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

UEFA-dan növbəti yenilik - əlavə əvəzetmə

UEFA növbəti qayda dəyişikliyinə hazırlaşır

Qitə futbol qurumu beyin sarsıntısı keçirən futbolçuların meydana qayıtmaması üçün əlavə əvəzetməyə icazə verə bilər. Bu barədə UEFA-nın prezidenti Alksandr Çeferin məlumat verib. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ayaks"la oyununda sözügedən halla üzləşən "Tottenhem"in müdafiəçisi Yan Vertongeni gördükdən sonra bu fikrə düşdüklərini bildirib:

"Ona nəsə olacağından çox qorxdum. Çünki meydana geri dönərkən özünü yaxşı hiss etmədiyi aşkar görünürdü. Vertongen həmin vaxt ölə bilərdi. Bununla bağlı qaydada dəyişiklik etmək üçün FİFA rəsmiləri ilə görüşəcəyik. Onlar da bu problemi həll etməyə çalışırlar. Oyunçulara nəsə olsa, ömür boyu peşmançılıq çəkərik. Hansı futbolçunun köməyə ehtiyacı varsa, dərhal ona yardım etməliyik. Qayda dəyişikliyi oyuna təsir etməyəcək".

Qeyd edək ki, dəyişikliyin 2021-ci ilədək qüvvəyə minəcəyi gözlənilir.(qol.az)

pia.az

Etiket: UEFA

Şərh yazın.

loading...