Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldovada ikihakimiyyətlilik: Avropa Birliyi niyə Rusiya ilə eyni cəbhədə yer aldı?...

MDB ölkələri arasında Rusiyanın işğalına məruz qalan kiçik Avropa ölkəsi olan Moldoviyada nə baş verir? Rusiya Kişinyovdakı mövqelərini qoruya biləcəkmi?...

Politoloq: “Moldovada yaranmış vəziyyət seçkilər vasitəsi ilə həll olunacaq. Bu gün Moldovada inqilab vasitəsi ilə nəyisə etmək mümkün deyi”

“Moldovada olan ikihakimiyyətlilik Avropa Birliyi ilə Rusiya arasında qarşıdurma kontektsində dəyərləndirilməlidir”.

Bu sözləri Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Moldovada yaranmış vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Moldovada bu iln fevralında keçirilmiş parlament seçkilərindən sonra daha da dərinləşən siyasi böhran ötən gün parlament tərəfindən ölkənin korrupsiya işğalı altında olması barədə qətnamə qəbul edilməsinə gətirib çıxarıb. Belə ki, iyunun 8-də Moldova parlamentində nəhayət müvəqqəti koalisiya yaratmaq mümkün olub. Və parlamentin 101 üzvündən 61-nin səsi ilə ölkənin korrupsiya işğalı altında olduğuna dair qətnamə qəbul edilib. Lakin həm bu hazırda höküməti idarə edən Demokratlar Pariyası tərəfindən narazılıqla qarşılanıb və onlar Konstitusiya Məhkəməsinə müraciət edib. Məsələ ondadır ki, konstitutsiyaya görə yeni hökümət 3 ay müddətində, yəni iyunun 7-ə qədər formalaşmalıydı. Bu barədə Konstitusiya Məhkəməsi əvvəlcədən prezident İqor Dodona xəbərdarlıq da etmişdi. Yeni hökümət isə iyulun 8-də formalaşdığından Demokrtalar Partiyası yeni höküməti ahtikostitutsion elan ediblər.

Demokrtalar Partiyasının müraciətinin ardından isə Konstitusiya Məhkəməsi yeni koalisiyanı antikonstitusion qurum elan etdi və vəzifəsin yerinə yetirə bilmədiyənə görə prezident Dodonu vəzifədən azad etdi. Prezident səlahiyyətləri isə Demokrat partiayasından olan baş nazir Pavel Filipə keçdi. Filipin isə prezident olaraq ilk fərmanı parlamenti buraxmaq və yeni seçkilər alan etmək oldu. Hüquq-mühafizə orqanları Pavelin hökümətini tanıdıqlarını elan etsələr də, Moldovada çox anlaşılmaz və mürəkkəb bir siyasi vəziyyət yaranıb.

Öz növbəsində prezident Dodonun Rusiyapərəst sosialistlər partiyası və Avropapərəst ACUM blokunun birləşdiyi yeni koalisyanın parlamentdə qəbul etdiyi qətnamədə dövlət və “işğal olunduğu” vurğulanıb. Qətnamədə bildirilir ki, ölkədə bütün sahələri korrupsiya bürüyüb, oliqarxlar məhkəmələr üzərində total nəzarət əldə ediblər. Bu bəyanatın Qərb yönümlü Demokratlar Partiyasının sədri oliqarx Plaxotnyuka qarşı yönəldiyi də aydındır. Çünki bu günə qədər Rusiyapərəst Dodonu təslimçi siyasətini durduran məhz Demokratlar Partiyasının yürütdüyü siyasət olub.

Qətnaməni yeni hökumətin daxili işlər naziri Andrey Nestase tribunadan oxuyub. O, Demokrat partiyasını hakimiyyətdən dinc və sivil yolla getməyə çağırıb. Məlumata görə Dodonun partiyası ilə ACUM blokunun razılaşması ABŞAvropa İttifaqı tərəfindən dəstəklənir.

Hazırda isə Moldaviyada iki hökümət və iki prezident fəaliyyət göstərməkdədir. Polis və digər hüquq mühafizə qurumları isə yeni höküməti tanımaqdan imtina edib. Dodonun vəziyyətinin də yaxşı olmadığı bildirilir. Hətta onun “vətənə xəyanət” ittihamı ilə həbs olunacağını ehtimal edənlər də var.

Moldovadakı ikihakimiyyətliyi “məxməri inqilab” kimi dəyərləndirmək olarmı? İddialara görə Avropa Birliyi və Rusiya Moldovada koalision hökümətin yaranması məsləsində razılığa gəliblər. Hazırda yaranmış vəziyyətdə Avropa Birliyi və ABŞ-ın hansı tərəfə dəstək verəcəyini ehtimal etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Moldovada baş verənləri “məxməri inqilab” kimi deyil, Rusiya-Avropa, Rusiya-Qərb arasında bir qarşıdurmanın nəticəsi olaraq dəyərləndirmək lazımdır”.

Moldovada yaranmış vəziyyətin seçkilər vasitəsi ilə həll olunacağını düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu gün Moldovada inqilab vasitəsi ilə nəyisə etmək mümkün deyil. Çünki Moldavada ictimaiyyət tamamilə parçalanmış vəziyyətdədir:

“Əslində Moldovada olan ikihakimiyyətlilik Avropa Birliyi ilə Rusiya arasında qarşıdurma kontektsində dəyərləndirilməlidir. Çünki məlumdur ki, Moldovada əsas səlahiyyətlərə malik hökümət və hökümət başçısıdır. Bu baxımdan hökümətin növbəti dəfə əldə saxlanılması üçün hər iki tərəf – həm Rusiya, həm də Avropa Birliyi hərəkətə keçib. Moldovada baş verənlər Qərbə, Avropaya inteqrasiya xəttinin tərəfdarları ilə, Rusiyanın dəstəklədiyi siyasi qüvvələr arasında baş verir. Prezident İqor Dodonun səlahiyyətlərinin əlindən alınması hadisəsi də məhz bilavasitə hökümətin prezidentə qarşı atdığı addımla izah olunmalıdır.

Düşünürəm ki, Moldovada baş verənləri “məxməri inqilab” kimi deyil, Rusiya-Avropa, Rusiya-Qərb arasında bir qarşıdurmanın nəticəsi olaraq dəyərləndirmək lazımdır. Amma hər hansı bir etirazlar və bu yöndə qarşıdurmalar məsələni həll etməyəcək. Məsələni həll etmək üçün mütləq mənada yeni seçkilərə ehtiyac var. Bu seçkilərdə müəyyən olunacaq ki, gələcəkdə Moldovada Rusiyamı, yoxsa Avropa Birliyimi yeni höküməti qura biləcək.

Natiq Miri: “Avropa Birliyi və ABŞ məhz Qərbə inteqrasiya xəttinə üstünlük verən siyasi qüvvələrə dəstək verəcəklər”.

Bir daha qeyd edim ki, Moldovada yaranmış vəziyyət seçkilər vasitəsi ilə həll olunacaq. Bu gün Moldovada inqilab vasitəsi ilə nəyisə etmək mümkün deyil. Çünki Moldavada ictimaiyyət tamamilə parçalanmış vəziyyətdədir. Əhalinin böyük əksəriyyəti də heç bir tərəfdə deyil. Yəni əhalinin çox hissəsi nə Qərbə inteqrasiya xəttinin tərəfdarlardır, nə də Rusiyanın dəstəklədiyi siyasi qüvvələr ictimaiyyətin böyük əksəriyyətinin səsini almırlar. Buna görə də düşünürəm ki, hər hansı inqilabın Moldovada baş verməsi və konkret qələbə ilə nəticələnməsi mümkün deyil.

Moldovada hökümət Qərbə inteqrasiya xəttinin tərəfdarlarıdırlar. Bu yöndə Avropa Birliyi və ABŞ məhz Qərbə inteqrasiya xəttinə üstünlük verən siyasi qüvvələrə dəstək verəcəklər. Prezident İqor Dodon isə ilk başdan bəllidir ki, Rusiyanın ciddi dəstəyi ilə prezidentlik postunu əldə edib. Əslində Dodonun səlahiyyətlərinin əlindən alınması da bir növ həm Rusiya yönümlü Moldovadakı siyasi qüvvələrə, həm də Rusiyanın özünə olan təzyiq kimi dəyərləndirilməlidir.

Hesab edirəm ki, əgər Qərb dəstək verəcəksə, təbii ki, Moldovada mövcud olan Qərbə inteqrasiya yönümlü siyasi qüvvələrə dəstək verəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar