Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qayınata və qayın kürəkənin üstünə benzin töküb yandırıb

Hadisə İsmayıllıda baş verib

“Qardaşım intihar etməyib, onu qaynı və qayınatası yandırıb”.

Qafqazinfo”nun məlumatına görə, bunu İsmayıllı rayon Mücəftaran kənd sakini Elşən Rəcəbəliyev deyib. O bildirib ki, qardaşı 1984-cü il təvəllüdlü Ramil Rəcəbəliyev hazırda ölüm ayağındadır və özünü yandırması ilə bağlı yayılmış informasiyalar yanlışdır:

“Qardaşım həyat yoldaşını başqa biri ilə danışan zaman tutub. Buna görə bir-iki sillə vurub. Həmin gün işdən qayıdan zaman qadının uşaqları götürüb atasıgilə getdiyini görüb. Açarı almaq üçün o da həmin evə gedib, döyüb göndəriblər.

1 İyun Uşaqların Müdafiəsi Günündə övladlarını görmək üçün qayınatasıgilə gedib. Bu zaman mübahisə yaşanıb və gəlinin bibisi oğlu Natiq onu vurub. Daha sonra isə benzin töküb yandırıblar. Qardaşım deyir, heç kim onun köməyinə yetməyib.

Məsələylə bağlı polisə müraciət etsək də, İsmayıllı Rayon Polis Şöbəsindən hələ də bu işlə bağlı gələn olmayıb”.

Xatırladaq ki, ilkin məlumatda 2 uşaq atası olan Ramil Rəcəbəliyevin uşaqlarını görə bilmədiyi üçün bu adımı atdığı qeyd edilmişdi.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar