Çərşənbə axşamı, 18 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İran-ABŞ gərginliyi nə ilə nəticələnəcək? - Kimin əlindəki “kozır”lar daha güclüdür?..

İran müharibəni və hərbi səfərbərliyi öz torpaqlarından kənarda başlatmaq gücündə olan ən önəmli qüvvələrdən biridir...

Ufuk Ulutaş
“Akşam” qəzeti, Türkiyə, 10 iyun 2019-cu il

Tramp rəhbərliyinin öncülüyündəTehran və Vaşinqton arasında dərinləşən gərginliyin nə qədər uzanacağı sual altındadır. Amerika rəhbərliyi eynilə Şimali Koreya ilə yaranan gərginlik kimi, hərbi yüksəliş fonunda gərginlikdən razılaşma əldə etməyə çalışır. Yüksələn gərginliyə baxmayaraq, İrana qarşı aparılan strategiyada hərbi yüksəliş olmaya bilər. Hətta İran tərəfi ABŞ-ı yeni bir diplomatiya tıxacına da salmış ola bilər.

Bəs bütün regional blokadaya və Vaşinqtonda İsrailin təhlükəsizliyini əsas götürən bir rəhbərliyə rəğmən, İran ABŞ-ı diplomatik bir həll yoluna necə “məcbur edə” bilər?

Əvvəlcə qeyd edim ki, ya İranın əlində ABŞ-a qarşı konkret bir “kozır” var, ya da ki, Amerika tərəfini əlində bir “kozır” olduğuna inandırıb. Bu durum iddia edir ki, İranın nüvə fəaliyyətləri qısa müddətdə silah istehsal etməyə kifayət edəcək qədər güclüdür. ABŞ-dan olan bəzi qisimlərin nüvə proqramından İrana təzyiq göstərmək üçün istifadə etdiyini də bilirik. Bəziləri isə həqiqətən də, İranın bu gücə sahib olduğunu düşünür və bu da bir sövdələşməyə şərait yaradır.

İranın əlindəki ikinci “kozır”i isə odur ki, kənardan gələn təzyiqlər qarşısında toqquşan oyunçular siyasi-iqtisadi cəhətdən faydalandıqları rejimi müdafiə etmək üçün hərbi ortaqlıq təklif edə bilərlər. Bu durum illərdir davam edən təzyiqlərə baxmayaraq, rejimin hələ davam etməsinin əsas səbəblərindən biridir.

İranın daxildəki sağlamlaşdırma siyasəti isə İran əleyhdarlarının gözdən qaçırmayacağı əsas problemlərdən biridir.

Bununla bağlı olan digər bir “kozır” isə rejimin bir ideologiyaya sahib olması və bu ideologiyadan sağlamlaşdırma və səfərbərlik üçün ən effektiv şəkildə istifadə edə bilməsidir. Bu gücün artıq İran sərhədlərini aşa bildiyi hər kəsə məlumdur. İdeologiya İran daxilindəki bəzi qisimlərə də mübarizə əzmi aşılayır.

Bu motivasiyanın ABŞ-la bağlı olan 2 tərəfi var. Birincisi odur ki, İrana qarşı ediləcək hər hansı bir müdaxilə ABŞ-ı İraqdan daha betər bir vəziyyətə sala bilər. Bütün problemlərinə baxmayaraq, İranın bölgədəki ən köklü dövlət strukturlarından birinə sahib ölkə olduğu və İranın nizamlı ordusu hər kəsə məlumdur.

İkincisi isə odur ki, İran ABŞ-ın regional maraqlarına zərər verəcək qədər qüvvəyə malikdir. ABŞ-ın İraqdan Körfəzə qədər tutduğu yol İran tərəfindən hədəf alınacaq qədər kövrəkdir. İranın geniş bir regionda öz vəkilləri vasitəsilə Amerikanın maraqlarını hədəf alacaq qədər qüvvəsi var.

Qısacası, İran müharibə və hərbi səfərbərliyi öz torpaqlarından kənarda başlatmaq gücündə olan ən önəmli qüvvələrdən biridir.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az


loading...