Bazar, 18 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Nazir jurnalistin narkotikdən həbsinin qurama olduğunu təsdiq etdi - Rusiyada

Həbs olunan jurnalist İvan Qolunov bu gün azad olunacaq

 

Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsev generalların qovulacağını da açıqlayıb...

Rusiyada narkotik satmaqda ittiham olunaraq həbs olunan jurnalist İvan Qolunov bu gün azad olunacaq. Jurnalist haqqında açılan cinayət işi artıq bağlanıb.

PİA.az xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsev yaydığı videobəyanatda bildirib. Rusiya DİN rəhbəri general mayor Andrey Puçkovun və general mayor Yuri Devyatkinin istefaya yollanılması ilə bağlı Rusiya prezidentinə müraciət edəcəyini də qeyd edib.

Qeyd edək ki, jurnalust İvan Qolunovun həbsi Rusiya ictimaiyyətində böyük etiraza səbəb olmuşdu. Jurnalist onun cibinə və evinə polislər tərəfindən narkotik atıldığını və ona qarşı peşə fəaliyyətinə görə sifarişlə cinayət işinin açıldığını iddia edirdi. Aparılan ekspertizalar Qolunovun haqlı olduğunu ortaya qoydu və hazırda bu məsələ ilə bağlı Rusiya polis sistemində gurultulu istefaların olacağı gözlənilir.

pia.az

 


Şərh yazın.

loading...