Bu haqda Rüfət Bayramov məlumat verib
Gəncədə və "Qırmızı Körpü" gömrük postunda yeni logistika mərkəzlərinin yaradılması planlaşdırılır.
Bunu Azərbaycan tranzit yükdaşımaları üzrə Əlaqələndirmə Şurasının katibi Rüfət Bayramov Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.
O, Azərbaycanda mövcud logistika mərkəzlərinin vacibliyini vurğulayıb və əlavə edib ki, gələcəkdə bu mərkəzlərin sayı artırılacaq:
"Ölkədə hər regiona uyğun tranzit və logistika mərkəzləri yaradılacaq. Məsələn, Ələtdə artıq azad iqtisadi zona yaradılır".(Trend)
pia.az