Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazma gəmisi ekipajının həbsi cəhdinə sərt cavab verəcəyik – Türkiyə XİN

Türkiyə XİN-nin mətbuat katibi Hami Aksoy bəyan edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Kipr Respublikası məhkəməsinin «Fatih» Türkiyə qazma gəmisi ekipajının həbsi barədə çıxartdığı qərarı pisləyib.

«Türkiyə bu cür qanunazidd qərarları qulaqardına vurur. Əgər Kiprin yunan icması bu qərarı reallaşdırmaq cəhdi göstərsə, o zaman Ankaranın sərt reaksiyası ilə üzləşəcək» – deyə, iyunun 10-da Türkiyə XİN-nin mətbuat katibi Hami Aksoy bəyan edib («Anadolu»).

Onun sözlərinə görə, Türkiyə «Kiprin yunan icması» məhkəməsinin bu qərarını diqqətlə izləyir.

«Yunan icmasının Kipr türklərinin qanuni hüquqlarının qulaqardına vurulmasına istiqamətlənmiş səyləri və Türkiyənin kontinental şelfində qazma işlərinə mane olmaq cəhdi uğursuzluğa məhkumdur. Kəşfiyyat və qazma işləri təsdiq olunmuş qrafik üzrə davam etdiriləcək» – deyə, türkiyəli diplomat qeyd edib.

Türkiyənin «Fatih» qazma gəmisi Şərqi Aralıq dənizində geoloji-kəşfiyyat işləri aparır. Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, onun ölkəsi Kipr şelfində karbohidrogen yataqlarında kəşfiyyat işlərini öz silahlı qüvvələrinin müdafiəsi altında davam etdirmək niyyətindədir. Bu şelfdə və Kiprin istisnasız iqtisadi zonasında qaz yatağı tapılıb. Türkiyə hesab edir ki, bölgənin təbii sərvətlərinə hüququ var.

Yunanıstan və Kipr Ankaradan bu zonada qazma işlərini dayandırmağı tələb edib. Türkiyə hakimiyyəti də öz növbəsində, bəyan edir ki, Şərqi Aralıq dənizi kontinental şelfinə yönəlik 2004-cü ildən üzübəri öz mövqeyini dəyişməyib və bu zaman «kiprli türklərin hüquqlarının müdafiəsini o vaxta qədər davam etdirəcək ki, nəhayət, Kiprdə karbohidrogen yataqlarının işlənməsi məsələsində onların hüquqlarını nəzərə alacaqlar və bu sferada birtərəfli fəaliyyətə son qoyacaqlar.

Xatırladaq ki, Türkiyə bütün adanı ayrıca yunan dövləti kimi tanımır və BMT-nin yeganə üzvüdür ki, Şimali Kipr Türk Respublikasının dövlət suverenliyini tanıyıb.(Azpolitika)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar