Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 milyona alınan qatarlarla bağlı - Açıqlama

“Azərbaycan Dəmir Yolları” QSC açıqlama yayıb

"2019-cu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb."

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı açıqlamada bildirilir.

Açıqlamada daha sonra qeyd edilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayılır:

"Həmin məlumatlarla bağlı aşağıdakıları bildirməyi zəruri hesab edirik.

2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin “Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli “KİSS” markalı elektrik qatarları alınmışdır. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər.

Şəkillər əlavə olunur.

Eyni zamanda məlumat üçün bildiririk ki, Avropada dəmir yolu xətlərinin standartı 1435 mm, Azərbaycanda isə 1520 mm təşkil edir. İsveçrənin “Stadler Rail Group” şirkətinin Azərbaycan standartlarına cavab verən qatarları isə həmin şirkətin məhz Belarus Respublikasındakı zavodunda komplektləşdirilir. Bu barədə ətraflı məlumatı həmin şirkətin rəsmi internet səhifəsindən əldə etmək olar.

https://www.stadlerrail.com/ru/o-nas/podrazdeleniya/zao-shtadler-minsk/110/

Aradakı fərqin daha aydın anlaşılması üçün nümunə olaraq Belarus Respublikasının özünün istehsal etdiyi vaqonların şəkillərini diqqətinizə təqdim edirik:

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məsələ ilə bağlı həqiqəti əks etdirməyən, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan qeyri-peşəkar məlumatların yayılması olduqca təəssüf hissi doğurur".(Yeni sabah)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar