Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 ayda istehsalat qəzasında 20 nəfər ölüb

"2019-cu ilin 5 ayı ərzində istehsalatla əlaqəli sayılmış 88 bədbəxt hadisənin təhqiqatı aparılıb. Üçü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb"

Bunu "Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilələrin rolu" mövzusunda keçirilən seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub: "İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması, bu hadisələr zamanı həyatını itirənlərin və xəsarət alanların sayının minimuma endirilməsi məqsədi ilə Xidmət tərəfindən bir sıra maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir".

İ. Məmmədov bildirib ki, 2019-cu ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan daxil olmuş 3341 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 2472 məktub və sorğu araşdırılaraq cavablandırılıb: "Əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 45 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. Müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Törədilmiş inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 764300 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Xidmətin əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 2019-cu il 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 25 sayda maarifləndirmə tədbiri keçirilib və bu ilin sonunadək 35 belə tədbirin keçirilməsi nəzərdə tutulub.

Bu tədbirlər əsasən uşaq əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, əmək qanunvericiliyinin tətbiq olunması mövzularına həsr olunub".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar